Vakansiyalar

VƏZİFƏ:

Proqramçı (Front-end developer)

MAAŞ:

1.500-2.000 ₼ ( +Rüblük göstəricilər əsasında fərdi mükafat)

ÜMUMİ MƏLUMAT:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Nazirlik Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Müəyyən olunmuş standartlar və texniki tələblər çərçivəsində proqram təminatının hazırlanması
  • Hazırlanacaq informasiya sistemlərinin texniki layihələndirilməsində iştirak

SAHƏ ÜZRƏ TƏLƏBLƏR:

  • React JS
  • Javascript (ES5, ES6)
  • JQuery
  • Typescript
  • HTML
  • CSS (SCSS)
  • Bootstrap
  • Redux or Redux toolkit
  • Responsive design
  • Web API (REST, SOAP)
  • Git
  • Jira
  • CI/CD
  • Agile Software Development

TƏLƏBLƏR:

  • 2+ il iş təcrübəsi
  • Ali təhsil
  • İngilis dili (Texniki səviyyədə)
  • Yüksək kommunikasiya bacarığı;
  • Texniki sənədlərlə iş təcrübəsi

QEYDLƏR:

İş yeri:                Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası
                          (Bakı şəh., K. Kazımzadə küç., 100A. AZ1073)
İş vaxtı:               Bazar ertəsi - Cümə, 09:00-18:00
                          (13:00-14:00 nahar fasiləsi)

  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmiş əmək müqaviləsi bağlanır.
  • İşə qəbul edilmiş əməkdaşlar lazimi texniki avadanlıq və proqram təminatı lisenziyası ilə təmin edilir.

Müraciət etmək istəyən şəxslər iş təcrübələri və icrasında iştirak etdiyi layihələr barədə detallı məlumatı özündə əks etdirən CV-lərini «Front-end developer» başlığı ilə ikt@eco.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 19.02.2023