VƏZİFƏ:
Aparıcı proqramçı (Senior back-end developer)
MAAŞ:
2.500-3.500 ₼ (+ Rüblük göstəricilər əsasında fərdi mükafat)
ÜMUMİ MƏLUMAT:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Nazirlik Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Hazırlanacaq informasiya sistemlərinin texniki layihələndirilməsi
- Sistem ilə bağlı standartların və texniki tələblərin müəyyən edilməsi
- Proqram təminatının arxitekturasının qurulması
- Əsas proqram komponentlərinin hazırlanması
- Proqram təminatı işçi qrupunun idarə edilməsi
SAHƏ ÜZRƏ TƏLƏBLƏR:
- .NET Core
- MVC
- Web API (REST, SOAP)
- PostgreSQL, MSSQL
- Redis
- Git
- Jira
- Docker
- CI/CD
- Agile Software Development
TƏLƏBLƏR:
- 5+ il iş təcrübəsi
- Ali təhsil
- İngilis dili (Texniki səviyyədə)
- yüksək kommunikasiya və komanda idarəetmə bacarıqları;
- Texniki sənədlərlə iş təcrübəsi
QEYDLƏR:
İş yeri: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası
(Bakı şəh., K. Kazımzadə küç., 100A. AZ1073)
İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00-18:00
(13:00-14:00 nahar fasiləsi)
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmiş əmək müqaviləsi bağlanır.
- İşə qəbul edilmiş əməkdaşlar lazimi texniki avadanlıq və proqram təminatı lisenziyası ilə təmin edilir.
Müraciət etmək istəyən şəxslər iş təcrübələri və icrasında iştirak etdiyi layihələr barədə detallı məlumatı özündə əks etdirən CV-lərini «Senior back-end developer» başlığı ilə ikt@eco.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 19.02.2023