Vakansiyalar

VƏZİFƏ:

Texniki biznes analitiki (Technical Business Analyst)

MAAŞ:

1000-1.500 ₼ (+Rüblük göstəricilər əsasında fərdi mükafat)

ÜMUMİ MƏLUMAT:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Nazirlik Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Mövcud iş proseslərinin analiz olunması və sənədləşdirilməsi (texniki tapşırığın tərtibi)
  • Texniki tapşırıq və əlaqəli təqdimat sənədlərinin tərtib olunması
  • İstifadəçi interfeyslərinin və istifadəçi iş axışlarının prototip versiyalarının hazrlanması
  • Proqram təminatının hazırlanması dövründə icraçıların istiqamətləndirilməsi
  • Proqram təminatının istifadəçilərinin ehtiyaclarının müəyyən olunması
  • İstifadəçi səviyyəsində testləşdirmə və hazır proqram məhsulunun təhvil alınması
  • Hazır proqram məhsulu ilə bağlı təlimat materiallarının tərtib edilməsi
SAHƏ ÜZRƏ TƏLƏBLƏR:

  • Microsoft Office proqram təminatı paketi (Word, PowerPoint)
  • Microsoft Visio, Bizagi və ya digər alternativlər
  • Balsamiq mockup
  • Jira
TƏLƏBLƏR:

  • 2+ il iş təcrübəsi
  • Ali təhsil
  • İngilis dili (Texniki səviyyədə)
  • Yüksək kommunikasiya bacarığı;
  • Texniki sənədlərlə iş təcrübəsi 
QEYDLƏR:

İş yeri:                Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası
                          (Bakı şəh., K. Kazımzadə küç., 100A. AZ1073)
İş vaxtı:              Bazar ertəsi - Cümə, 09:00-18:00
                          (13:00-14:00 nahar fasiləsi)

  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmiş əmək müqaviləsi bağlanır.
  • İşə qəbul edilmiş əməkdaşlar lazimi texniki avadanlıq və proqram təminatı lisenziyası ilə təmin edilir.
Müraciət etmək istəyən şəxslər iş təcrübələri və icrasında iştirak etdiyi layihələr barədə detallı məlumatı özündə əks etdirən CV-lərini «Technical Business Analyst» başlığı ilə ikt@eco.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
  
Son müraciət tarixi: 19.02.2023