Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

Azərbaycan Respublikası Екоlоgiyа və Təbii
                                                                       Sərvətlər Nаzirliyinin "07" sentyabr 2021-ci il                      tаriхli 825/ü nömrəli Əmri ilə təsdiq еdilmişdir
 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi haqqında

ƏSASNAMƏ
  1. ÜMUMI MÜDDƏALAR
1.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra -Nazirlik) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (bundan sonra -İdarə) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının elmi əsaslarla müəyyən edilməsi, proseslərin müşahidəsi, proqnozlaşdırılması, monitorinqin təşkili, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, monitorinq sisteminin yaradılması və idarə olunması sahələrində fəaliyyət göstərən səlahiyyətli qurumdur.
1.2. İdarə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında keçirilən monitorinqlər zamanı Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. İdarə bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında bilavasitə həyata keçirir.
1.4. İdarə öz vəzifələrini yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. İdarə müstəqil balansa, istifadəsinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan Nazirliyin və özünün adı yazılan möhürə, müvafiq ştamplara və blanklara, bank hesablarına malikdir.
1.6. İdarənin mаliyyələşdirilməsi Аzərbаycаn Rеspublikаsının dövlət büdcəsi, fond, büdcədənkənar xüsusi vəsaitlər, hаbеlə qаnunvеricilikdə nəzərdə tutulаn digər mənbələr hеsаbınа həyаtа кеçirilir.
1.7. İdarə Azərbaycan Respublikası, Bakı şəhəri, indeks AZ1123, X.Məmmədov küç.3. hüquqi ünvanında yerləşir.

  1. İDARƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
2.1. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;
2.1.2. Xəzər dənizinin (gölünün) təbii sərvətlərindən səmərəli istifadə edilməsi, bərpası, mühafizəsi və qorunub saxlanması məqsədi ilə kompleks monitorinq tədqiqatlar aparmaq;
2.1.3. təbii ehtiyatların istifadə olunması prosesində ekoloji təhlükəsizliyin monitorinqini keçirmək və proqnozlaşdırmaq;
2.1.4. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında ekoloji vəziyyətin öyrənilməsi, ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması ilə əlaqədar monitorinqləri həyata keçirmək;
2.1.5. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahələr üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək.
 
  1. İDARƏNİN VƏZİFƏLƏRİ
3.1. İdarənin əsаs vəzifələri аşаğıdаkılаrdır:
3.1.1. Nazirliyin razılığı ilə müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak etmək;
3.1.2. Xəzər dənizinin (gölünün) ekoloji sisteminə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər planının hazırlanmasında iştirak etmək; 3.1.3. Xəzər dənizinin (gölünün) bioloji ehtiyatlarının mühafizəsi sahəsində fəaliyyət proqramlarının təşkilində monitorinqləri həyata keçirmək;
3.1.4. Xəzər dənizinin (gölünün) mühafizəsi və təbii sərvətlərindən səmərəli istifadəsi üzrə Nazirlik üzrə vahid informasiya sisteminin formalaşmasında və məlumat bankının yaradılmasında iştirak etmək;
3.1.5. Nazirliklə razılaşdırılmaqla Xəzər dənizi (gölü) üzrə beynəlxalq öhdəliklərin icrasının təşkilində və bu sahədə digər orqanların işinin əlaqələndirilməsində, beynəlxalq layihə və proqramlarda iştirak etmək;
3.1.6. Xəzər dənizi (gölü) və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında fövqəladə ekoloji şərait və ekoloji fəlakət zonalarını müəyyən etmək və bununla bağlı Nazirliyə müvafiq təkliflər vermək;
3.1.7. mülkiyyət və hüquqi formasından asılı olmayaraq Xəzər dənizində (gölündə) və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında müəssisə və obyeklər tərəfindən aparılan elmi-tədqiqat və istehsalat-sınaq işləri zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi məqsədilə təşkil olunan monitorinqləri həyata keçirmək;
3.1.8. Xəzər dənizi (gölü) və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında antropogen təsirin qiymətləndirilməsi və onun sərhədlərini müəyyən etmək;
3.1.9. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tullantılarla bağlı fəaliyyətə nəzarət etmək məqsədi ilə Xəzər dənizi (gölü) və onun sahil zolağı boyu ərazilərində monitorinqləri həyata keçirmək;
3.1.10. Xəzər dənizi (gölü) ətraf mühitinin mühafizəsi və qorunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş ekoloji normalara və standartlara istinadən çirklənmənin təhlili və ətraf mühitə təsiri ilə bağlı rəy və təkliflər vermək;
3.1.11. Xəzər dənizinin (gölünün) sahil zolaqlarında qoruqların, xüsusi mühafizə olunan ərazilərin yaradılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;
3.1.12. beynəlxalq müqavilələrlə tənzimlənən Xəzər dənizinin (gölünün) fauna növlərinin mühafizəsi haqqında normaların, qaydaların hazırlanmasında iştirak etmək;
3.1.13. süni yolla artırılmış bioloji sərvətlərin dənizə buraxılması zamanı keçirilən monitorinqlərdə iştirak etmək;
3.1.14. sahil zolaqlarında çirklənmə mənbələrinin qeydiyyatının aparılması, onların dəniz ətraf mühitinə təsirinin qiymətləndirilməsi və qarşısının alınması istiqamətində tədbirlər planı və təkliflər hazırlayıb Nazirliyə təqdim etmək;
3.1.15. dənizə tökülən axarlarda çirkləndiricilərin təsirinin öyrənilməsi məqsədi ilə İdarəyə təqdim edilən laborator tədqiqatların nəticələrini təhlil edərək Nazirliyə təkliflər təqdim etmək;
3.1.16. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və sahil boyu yerləşən inzibati rayonlarda fəaliyyət göstərən müəssisələrdə, üzən vasitələrdə, terminallarda və s. obyektlərdə monitorinq həyata keçirmək;
3.1.17. Xəzər dənizində (gölündə) yüksək və ekstremal yüksək çirklənmə səviyyəsi qeydə alındığı hallarda, bununla bağlı məlumatları Nazirliyə təqdim etmək və Nazirlik tərəfindən müəyyən edilmiş qaydada informasiyanı əhaliyə, müəssisə və təşkilatlara çatdırmaq;
3.1.18. şimaldan-cənubadək sahil zolağında yerləşən inzibati rayonların ekoloji təhlükə potensiallı obyektlərində monitorinqlər təşkil etmək və əldə olunan məlumatları Nazirliyə təqdim etmək;
3.1.19. sahil zolağı boyu yerləşən inzibati rayonlarda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan təbii ehtiyatlardan istifadə edilməsi, ətraf mühitə zərərli maddələr, sənaye, məişət və s. tullantıların atılması, axıdılması, onların hövzədə basdırılması həcmləri, norma və limitləri, onların ilkin qeydiyyatının aparılması qaydalarının hazırlanmasında iştirak etmək;
3.1.20. keçirilən monitorinqlər nəticəsində sahil zolağı boyu yerləşən inzibati rayonlarda ətraf mühitin, təbii sərvətlərin qorunmasına, onlardan səmərəli istifadə edilməsinə, artırılmasına və mühafizəsinə, ətraf mühitin əlverişli sanitar və ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;
3.1.21. partlayış, dib dərinləşdirmə işləri, faydalı qazıntılar hasilatı, sugötürücü qurğular, kabellər, neft-qaz kəmərləri və s. çəkilməsi zamanı ətraf mühitin qiymətləndirilməsi məqsədi ilə monitorinqlər keçirmək;
3.1.22. gəmi, digər üzən vasitələr və limanlarda formalaşan tullantıların qeydiyyatını və dinamikasını müəyyənləşdirmək, onların minimuma endirilməsini proqnozlaşdıraraq təkliflər vermək;
3.1.23. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində fəaliyyət göstərən xarici əməliyyat şirkətlərində qanunvericiliklə müəyyən edilmiş qaydada monitorinqləri həyata keçirmək;
3.1.24. İdarədə fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.25. İdarənin fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, saxlanılmasını və uçotunu təmin etmək;
3.1.26. İdarə fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;
3.1.27. sərəncamında olan maliyyə, texniki və sair imkanlardan istifadə edərək işçilərin sosial müdafiəsini gücləndirmək üçün kompleks tədbirlər işləyib həyata keçirmək;
3.1.28. onа həvаlə olunmuş vəzifələrin icrаsı məqsədi ilə digər funksiyаlаrı həyаtа kеçirir.
 
  1. İDARƏNİN HÜQUQLARI
4.1. İdarə, öz vəzifə və funksiyаlаrını həyаtа kеçirməк üçün аşаğıdаkı hüquqlаrа mаlikdir:
4.1.1. səlаhiyyətləri daxilində mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən müəyyən olunmuş qaydada arayış və məlumatlar tələb etmək;
4.1.2. Azərbaycan Respublikasının Xəzər dənizi (gölü) üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;
4.1.3. Xəzər dənizi (gölü) ilə bağlı normativ hüquqi aktların qəbul olunması, aktda dəyişiklik edilməsi və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;
4.1.4. Nazirliklə razılaşdırılmaqla Azərbaycan Respublikasının digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirmək;
4.1.5. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların Xəzər dənizi (gölü) ilə bağlı təcrübəsini öyrənmək;
4.1.6. Xəzər dənizi (gölü) və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında fəaliyyət istiqamətlərinə uyğun həftəlik və aylıq informasiya bülletenləri buraxmaq, reklam-informasiya işlərini həyata keçirmək, müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;
4.1.7. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təklifləri Nazirliyə təqdim etmək;
4.1.8. fəaliyyət istiqamətləri üzrə keçirilən monitorinqlər və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankı yaratmaq, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələrində çıxış etmək;
4.1.9. Xəzər dənizi (gölü) üzrə aidiyyəti qurumlarla birlikdə təşkil olunan ekoloji tədbirlərdə qarşılıqlı fəaliyyət göstərmək;
4.1.10. monitorinq funksiyalarının icrası zamanı ölkə ərazisində mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisələrə, təşkilatlara, idarələrə, gəmilərə, anbarlara, tullantı saxlanclarına, kimyəvi reagentlər saxlanılan anbarlara və digər obyektlərə, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin obyektlərinə maneəsiz (xidməti vəsiqəni təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən təhlillərin nəticələri ilə pulsuz tanış olmaq;
4.1.11. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində hərəkət edərkən ətraf mühiti çirkləndirən yerli və xarici gəmilərdə çirklənmənin səbəblərini araşdırmaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün Nazirliyə təqdimat vermək;
4.1.12. İdarənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;
4.1.13. Xəzər dənizi və onun ətraf mühitinin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə işçi qrupları və komissiyalar yaratmaq;
4.1.14. Xəzər dənizi və onun ətraf mühitinin mühafizəsi ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;
4.1.15. Fəaliyyəti ilə bağlı Nazirliyə hesabatlar vermək;
4.1.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
  1. İDARƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
5.1. İdarəyə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir;
5.2. İdarə rəisi idarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;
5.3. İdarə rəisinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. Müavin idarə rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır;
5.4. İdarə rəisi aşağıdakı səlahiyyətlərə malikdir:
5.4.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. İdarənin struktur bölmələrinin fəaliyyətini əlaqələndirir, icrası məcburi olan əmrlər, göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;
5.4.3. İdarənin nomenklaturasına daxil olan işçiləri (idarə rəisinin müavini, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, öz səlаhiyyətləri dахilində onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, onlara məzuniyyətlər verir;
5.4.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;
5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində idarənin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.4.6. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə idarəni təmsil edir;
5.4.7. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;
5.4.8. Nazirliyin verdiyi səlahiyyətlər daxilində İdarənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;
5.4.9. İdarəyə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim edir;
5.4.10. İdarənin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;
5.4.11. İdarənin fəaliyyətinə dair illik hesabatları Nazirliyə təqdim edir;
5.4.12. İdarənin ştаt cədvəli müəyyən olunmuş qаydаdа hаzırlаnır və Azərbaycan Respublikasının eкоlоgiyа və təbii sərvətlər nаziri tərəfindən təsdiq edilir.
 
  1. İDARƏNİN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞVİ
 6.1. İdarənin yenidən təşkili və ləğv olunması Azərbaycan Respublikasının mülki məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.