Şirvan Milli Parkı

Ekoturizm

Ödəniş qiymətləri

Ekoturistlər Şirvan Milli Parkına həftə ərzində saat 9:00-dan 18:00-dək Şirvan Milli Parkının ərazisinə daxil ola bilərlər.

Milli Parkların ərazisinə ekoturistlərin daxil olması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 023/ü nömrəli 16 yanvar 2012-ci il tarixli “Milli Parklarda ekoturizm fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Əmrinə əsasən giriş üçün nəzərdə tutulmuş müvafiq vəsaitin (giriş haqqının) banka ödənilməsini təsdiq edən qəbz və şəxsiyyət vəsiqəsi milli parkların giriş məntəqələrində təqdim edilməsi yolu ilə həyata keçirilir.

Milli Parka giriş biletlərinin qiyməti aşağıdakı kimidir:
Yerli vətəndaşlar                                                                                                                2 manat
Xarici vətəndaşlar                                                                                                              2 manat

6 yaşa kimi uşaqlar, məktəblilər (siniflərlə) və əlillər giriş haqqından azaddırlar.