Tabeli Laboratoriyalar

                                      Laboratoriya Mərkəzinin tabeli  laboratoriyaları

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09.07.2018-ci il tarixli 440/ü saylı əmrinə əsasən aşağıda adları qeyd olunan laboratoriyalar Ətraf Mühit üzrə  Milli Monitorinq Departamentinin Laboratoriya Mərkəzinin nəzdində fəaliyyət göstərir:

  • Abşeron-Sumqayıt kompleks monitorinq laboratoriyası;
  • Gəncə regional kompleks monitorinq laboratoriyası ;
  • Mingəçevir regional kompleks monitorinq laboratoriyası;
  • Masallı regional kompleks monitorinq laboratoriyası;
  • Neftçala regional kompleks monitorinq laboratoriyası;
  • Şəki regional kompleks monitorinq laboratoriyası;
  • Sabirabad regional kompleks monitorinq laboratoriyası;
  • Vəhşi təbiətin monitorinqi və epidemioloji vəziyyətinə nəzarət laboratoriyası.

2019-cu ilin yenilikləri Laboratoriya Mərkəzinin İSO 17025:2017 standartına akkreditasiyası istiqamətində bir çox işlər görülmüş, təlimlər keçilmişdir. Həmçinin, atmosfer havasının monitorinqi üzrə Respublika ərazisində avtomatlaşdırılmış qazanalizedicilərdən ibarət monitorinq sistemi qurulmaqdadır. Neftçala rayonunda Kür çayının mənsəbinə nəzarət məqsədilə yeni laboratoriya binası tikilmiş, müasir cihazlarla təchiz olunmuş və may ayının 23-də istifadəyə verilmişdir.