Fəaliyyət istiqamətləri

Ətraf Mühitin Mühafizəsi Departamentinin fəaliyyət istiqamətləri

  • Ölkə ərazisində əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühit və təbii sərvətlərdən istifadə, o cümlədən ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması üzrə dövlət nəzarətini həyata keçirmək;
  • Ətraf mühit və təbii sərvətlərin, o cümlədən torpağın, yer təkinin, faydalı qazıntıların, biomüxtəlifliyin, bitki örtüyünün, floranın (o cümlədən meşələrin), faunanın (o cümlədən balıqların), su ehtiyatlarının, xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət abidələrinin bərpası, mühafizəsi və istifadəsi, həmçinin atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək;
  • Ölkə ərazisində daxili sularda və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə edilməsi, onların qorunması və artırılması sahəsində dövlət nəzarətini həyata keçirmək;
  • Təhlükəli və təhlükəsiz, sənaye və məişət tullantılarının əmələ gəlməsinə, basdırılmasına və zərərsizləşdirilməsinə dövlət nəzarətini həyata keçirmək;
  • Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatlar, həmçinin yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən təhlükəli, radioaktiv, digər sənaye və məişət mənşəli tullantıların idarə olunmasının ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirmək;
  • Təhlükəli tullantılar üzrə müvafiq məlumatların toplanmasını və bu sahədə məlumat sisteminin (bazasının) yaradılmasını və formalaşdırılmasını həyata keçirmək;
  • Ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına dövlət nəzarətini həyata keçirmək;
  • Ətraf mühit və təbii sərvətlərdən səmərəli istifadə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
  • Yaşıllıqların qorunub saxlanılmasına və bu sahədə mövcud olan qanun və qaydalara ciddi riayət olunmasına dövlət nəzarətini həyata keçirilməsi
  • Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə nəzarət sahəsində fəaliyyətini tənzimləmək və nəzarət etmək;
  • Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirmək.
  • Su hövzələrində balıq və digər bioloji resursların ovuna və mühafizəsinə dövlət nəzarətini həyata keçirmək.
  • Öz səlahiyyətləri daxilində müvafiq beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə dövlət nəzarətini həyata keçirmək;