Ekologiya və Təbii Sərvətlər Nazirliyi


AZ EN

Saytın xəritəsi  Ana səhifə  Saytın yenidən yüklənməsi   2010-cu il Azərbaycanda "Ekologiya ili"dir.


<<    >>




09/03/2010. Türkiyə zəlzələdən sarsıldı: 57 ölü, 50 yaralı
05/03/2010. Sarı qar yağdı!
03/03/2010. Argentinada 5,2 bal gücündə zəlzələ olub
02/03/2010. Göydən balıq yağıb
01/03/2010. Çilidə yenə zəlzələ baş verdi

 Bizə yazın











Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
2009-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
görülmüş işlər barədə

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi Respublikada aparılan sosial iqtisadi islahatların tərkib hissələrindən biridir.
Ölkə rəhbərliyinin daim ekologiya ilə əlaqədar məsələləri diqqət mərkəzində saxlaması, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və hazırda davam etdirilir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesabat dövründə ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, əlavə ekoloji problemlərin yaranmasının qarşısını almaq və baş vermiş nöqsanların operativ həll olunmasını təmin etmək məqsədilə bir sıra işlər həyata keçirilmişdir.
Hazırda Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf  prinsipləri əsasında müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi  istiqamətdə ardıcıl tədbirlər görülür.
Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin  Sərəncamları ilə təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Hidrometeorologiyanın İnkişaf Proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması  və səhralaşmanın qarşısının alınmasına dair” proqramlarda  nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamlarına əsasən yaradılmış modul tipli çirkab su təmizləyici qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur.
Bu istiqamətdə 2009-cu ildə gündə 2325 m3 çirkab su təmizləmə gücünə malik 7 stansiya, ümumilikdə isə 2008-2009-cu illər ərzində gündə 6140 m3 çirkab sutəmizləmə gücünə malik 16 stansiya istismara verilmişdir.
“Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması üzrə bəzi tədbirlər haqqında” Sərancamlara əsasən mərkəzləşmiş şəkildə təmiz suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz içməli su ilə təmin edilməsi istiqamətində fəaliyyət davam etdirilir. Proqram çərçivəsində 12 rayonun 122 kəndində işlər yekunlaşmış və nəticədə 224 min əhali keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Əlavə olaraq 18 rayonun 62 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində iş gedir. Quraşdırılmış qurğulardan 60-ı 2009-cu ildə istifadəyə verilmişdir.
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla həyata keçirilir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Texniki İqtisadi Əsaslandırma hazırlanmış, Sədərək və Binə ticarət mərkəzləri köçürüldükdən sonra həmin ərazilərin yaşıllaşdırılması, təbii landşaftın bərpası və istirahət parkının salınması istiqamətində işlərə başlanmışdır.
Belə ki, keçmiş Binə Ticarət Mərkəzinin ərazisində 2009-cu ilin 24 dekabr tarixində  ETSN-in 600-ə yaxın əməkdaşının iştirakı ilə keçirilmiş iməcilik zamanı 5 hektar sahədə  5000 ədəd ağac əkilmişdir. Fərəhli haldır ki, bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev xanımı ilə birgə iştirak etmişlər. Bu iməciliyn əks –sədası olaraq respublikamızın digər şəhər və qəsəbələrində də hər şənbə-bazar günləri ağac əkini  tədbirlərləri keçirilir.  
Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan 56422  kubmetr civə tərkibli toksiki tullantılar 2007-2009-cu illərdə, o cümlədən 2009-cu ildə 23,5 min m3-i görülmüş tədbirlər nəticəsində Təhlükəli Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilmiş və bu proses hesabat ilinin ortalarında tamamilə başa çatdırılmışdır.
“Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamların icrası ilə əlaqədar olaraq yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının eroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul istiqamətində magistral yolu ətrafında əvvəlki illərdə əkilmiş 172 min ədəd ağac-kollara hesabat ilində göstərilən daimi qulluq nəticədə 90 faiz bitişə nail olunmuşdur. 
Oxşar nəticələr Bakının Heydər Əliyev Hava Limanı ilə birləşdirən yollarda da əldə edilmişdir. Zığ-Heydər Əliyev Hava Limanı yolu boyu 196 hektar ərazidə   mürəkkəb meşəbitmə şəraitində, neft məhsulları, yod, bromla çirklənmiş torpaqlarda salınmış əkinlərə lazımi xidmətin təmin edilməsi hesabına 80 faiz bitişə nail olunmuşdur.
Eyni zamanda 2009-cu ilin ötən dövrü ərzində Əzizbəyov dairəsi - Heydər Əliyev Hava Limanı yolu boyu 60 min ədədə qədər müxtəlif növ ağaclar əkilmiş, 50 min m2 sahədə qazon döşənmiş və qazon toxumu səpini aparılmışdır. 
Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlər aparılmaqdadır. Bununla bağlı Abşeron yarımadasının müxtəlif ərazilərində yaşıllaşdırma məqsədilə yerlər müəyyənləşdirilmiş, Bayıl yamacı- 20-ci sahə arası, Zığ gölü - Heydər Əliyev Limanı arası ərazilərin, Zığ gölü və ətrafının, həmçinin Səngəçal ətrafının yaşıllaşdırılması layihələri hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin «Zooloji Parkın yaradılması  haqqında» Sərəncamının icrası ilə əlaqədar tender keçirilmiş və müvafiq tədbirlərin görülməsi davam etdirilir. 
2009-cu il ərzində  “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na 952,1 min manat, “Meşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondu”na 546,96 min manat, “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi ücün yaradılan müvafiq idarələrin xüsusi Fondları”na 129,8  min manat, “Mineral –Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu”na isə 11,5 min manat  vəsait daxil olmuşdur.
Dövlət büdcəsinin vəsaiti üzrə demək olar ki, 2009-cu ilin büdcə vəsaiti 2007-2008-ci illər üçün büdcələrin artım sürətinə nisbətən az proqnozlaşdırılmışdır. 2009-cu ildə ekoloji layihələrin maliyyələşdirilməsi 2008-ci ilə nisbətən azalmışdır. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları  ilə investisiya xərcləri və ehtiyat fondu üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 30.850,0 min manat vəsait nəzərdə tutulmuşdusa,  bu rəqəm 2009-cu ildə 20.435,4 min manat təşkil etmişdir ki, bundan da maliyyələşdirilmə cəmi 9.159,8 min manat olmuşdur.
Belə ki, 2009-cu il dövlət büdcəsində  «Dövlət əsaslı vəsait qoyuluşu» üçün nəzərdə tutulmuş vəsaitin obyektlər üzrə dövlət sifarişi kimi bölgüsünə əsasən “Ölkənin Kür-Araz boyu kəndlərinin əhalisinin təmiz içməli su ilə təmin edilməsi məqsədilə modul tipli sutəmizləyici sistemlərin quraşdırılması” üzrə 2.000,0 min manat, “Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində Təhlükəli Tullantıların idarə olunması üzrə Milli Mərkəzin infrastrukturunun genişləndirilməsi, maddi texniki bazasının gücləndirilməsi və yeni hücrənin tikintisi” ücün 1.509,8 min manat, «Cəngi kəndi ətrafında salınmış meşəliklərin suvarma suyu ilə təmin olunması üçün su tutarlarının və suvarma sistemlərinin tikintisinə» 760,0 min manat, «Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üçün inzibati bina tikintisi»nə 190,7 min manat, “Sumqayıt Səthi Aktiv Maddələr zavodunda xlorun alınmasında əmələ gəlmiş civə tərkibli tullantıların Təhlükəli Tullantı Poliqonuna daşınması və zərərsizləşdirilməsi” ücün 554,9 min manat, "Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlərin həyata keçirilməsi" üçün 240,0 min manat vəsait, «Kənd rayonlarında Ətraf Mühitin Qorunması» layihəsi üçün isə 180,0 min manat vəsait nəzərdə tutulmuşdur.
"Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Ehtiyat Fondundan ayrılmış 5.000,0 min manat vəsait  hesabına Əzizbəyov dairəsi H.Əliyev adına hava lımanına gedən magistral avtomobil yollarının mühafizə zolaqlarının  yaşıllaşdırılması üçün ağac, kol, güllərin alınıb  əkilməsi, suvarma sistemlərinin qurulması və s. işlər aparılmışdır.
“Əhalinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə həmin çayların sahilboyunca yerləşən rayonların əlavə 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 10.000,0 min manat vəsait nəzərdə tutulmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən su ehtiyatlarının, atmosfer havasının, torpağın, yerin təkinin, flora və faunanın mühafizəsi, tullantıların idarə olunması üzrə hesabat dövrü ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2227 akt və 848 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 869 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 885  iş üzrə 1.546,4 min manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 706 iş üzrə  2.211,8 min  manat məbləğində iddia qaldırılmış, idarə və müəssisələrə 3841 iş üzrə 814.500,4 manat  məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 96 işdən 38-nə, məhkəmələrə göndərilmiş 149  işdən  101-nə,  MN və Mİ-na (Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları) göndərilmiş 559 işdən  79-na  baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 211 akt və 56 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 120 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 71 iş üzrə 175430,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 114450,0 manat məbləğində iddia qaldırılmış, idarə və müəssisələrə 644 iş üzrə 408436,47 manat  məbləğində ödəmə tətbiq edilmişdir.  Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 5 işə, məhkəməyə göndərilmiş 1 işə və MN və Mİ-na göndərilmiş 50 işdən 17-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Atmosfer havasının mühafizəsi üzrə 568 akt və 127 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 333 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 111 iş üzrə 276665,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 42 iş üzrə 15657,0 manat məbləğində iddia qaldırılmış, 1996 iş üzrə 223414,1 manat  məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün MN və Mİ göndərilmiş 61 işdən 21-nə baxılaraq müvafiq tədbir görülmüşdür. Məhkəməyə göndərilmiş 2 işə və hüquq mühafizə orqanlarına göndərilmiş 1 işə baxılmamışdır.
Torpağın mühafizəsi üzrə 80 akt və 26 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün  12 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 27 iş üzrə 30592,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 10 iş üzrə 167954,0 manat məbləğində iddia qaldırılmış,  91 iş üzrə 15344,0 manat  məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün   hüquq mühafizə orqanlarına göndərilmiş 2 işə baxılmamışdır. MN və Mİ-na göndərilmiş 8 işdən 1-nə və məhkəməyə göndərilmiş 2 işə baxılaraq müvafiq tədbir görülmüşdür.
Yerin təkinin mühafizəsi üzrə 210 akt və 91 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 19 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 172 iş üzrə 246472,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 169 iş üzrə 1740641,89 manat məbləğində iddia qaldırılmış, 57 iş üzrə 21203,0 manat  məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 7 işə baxılmamış, məhkəmələrə göndərilmiş 6 işə və əvvəlki ildən qalmış 2 işə, MN və Mİ göndərilmiş 130  işdən 7-nə  baxılaraq müvafiq tədbir görülmüşdür.
Tullantıların idarə olunması üzrə 524 akt və 233 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün  328 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 223 iş üzrə 582230,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 32 iş üzrə 1721,0 manat məbləğində iddia qaldırılmış, 1052 iş üzrə 146002,92 manat  məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş  1 işə və ötən ildən qalan 7 işə, MN və Mİ göndərilmiş 161 işdən 14-nə  baxılaraq müvafiq tədbir görülmüşdür. 
Floranın mühafizəsi üzrə  585 akt və 202 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 57 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 193 iş üzrə 173553,6 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 328 iş üzrə 124031,83 manat məbləğində iddia qaldırılmış, 1 iş üzrə 100,0 manat  məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 48 işdən 2-nə,  məhkəmələrə göndərilmiş 31 işdən 9-na,  MN və Mİ göndərilmiş 124 işdən 6-na  baxılaraq müvafiq tədbir görülmüşdür.
Faunanın mühafizəsi  üzrə 21 akt və 58 protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 62 iş üzrə 48095,0 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 75,0 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 2 işə baxılmamış, məhkəmələrə göndərilmiş 5 işdən 2-nə, MN və Mİ göndərilmiş 25 işdən 13-nə baxılaraq müvafiq tədbir görülmüşdür. 

2009-cu il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatlarının hazırlanması və onların yayımlanması təmin edilmişdir.
Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılmışdır. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 2009-cu il ərzində     93826 nümunə götürülmüş və həmin nümunələr üzərində 16 adda çirkləndirici üzrə 98204 analiz aparılmışdır. Atmosfer havasının çirklənmə səviyyəsinə dair 238 sayda “Atmosfer havasının çirklənmə səviyyəsi və təbii mühitin radiasiya şəraiti haqqında” gündəlik bülletenlər hazırlanaraq aidiyyatı üzrə dövlət orqanlarına çatdırılmışdır. Bu məlumatlar mütəmadi olaraq ETSN-in İnternet saytında yerləşdirilir.
Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran zonasında 21 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xloridlər, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) aparılmışdır. 2009-cu il ərzində götürülmüş  274 yağıntı (yağış, qar) nümunəsi üzərində 3014  kimyəvi analiz aparılmışdır.
Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) 50  müşahidə məntəqəsində aparılmışdır. Belə ki, bu istiqamətdə detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə götürülmüş 784 su nümunəsi üzərində 12907 fiziki-kimyəvi analiz yerinə yetirilmişdir. Abşeron göllərində hidrokimyəvi müşahidələr aparılmış və bu göllərin çirklənmə vəziyyətinin öyrənilməsi davam etdirilmişdir.  Monitorinqin nəticələri əsasında  36 sayda Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi haqqında 10 günlük və  12 sayda Yerüstü su obyektləri haqqında aylıq hidrokimyəvi bülletenlər hazırlanaraq aidiyyatı üzrə dövlət orqanlarına çatdırılmış və məlumatlar ETSN-in İnternet saytında yerləşdirilmişdir.
Ölkə ərazisində torpaqların fon tərkibinin, neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədi ilə aparılan monitorinqlər davam etdirilmişdir. 2009-cu il ərzində torpaqların çirklənməsinin monitorinqi zamanı götürülmüş 798 torpaq nümunəsi üzərində 2933 kimyəvi analiz  yerinə yetirilmişdir.
Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, 36 məntəqədə gündə 3 dəfə aparılmışdır. Aparılmış ölçmələrin nəticələrinə əsasən  238 sayda gündəlik bülletenlər hazırlanaraq  aidiyyatı üzrə dövlət orqanlarına çatdırılmış və bu məlumatlar ETSN-in İnternet saytında yerləşdirilmişdir.
“Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi tərəfindən ETSN-in iştirakı ilə sərhəd boyu yerləşmiş Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonlarındakı və Pirallahı adasındakı meteoroloji stansiyalarda radiasiya fonu üzərində monitorinq aparılması məqsədilə avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılmış və hal-hazırda bu sistem ölkə ərazisində normal fəaliyyət göstərməkdədir.
Avropa İttifaqının TACİS Proqramı üzrə həyata keçirilən “Transsərhəd çay idarəçiliyi, Kür çayı üzrə II mərhələ” layihəsi çərçivəsində ETSN-in aidiyyəti qurumuna bioloji monitorinqin həyata keçirilməsi üçün avadanlıqlar, portativ cihazlar, məlumatların toplanması və işlənməsi üçün kompüterlər verilmişdir.
2009-cu  il ərzində  stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə və daxil olan müraciətlər, tapşırıqlar əsasında ölkə ərazisində, xüsusilə də  Abşeron yarımadasının su obyektlərində, güclü fiziki təsir yaradan  mənbələr üzərində səyyar monitorinqlər həyata keçirilmişdir. Keçirilmiş monitorinqlərin nəticələri əsasında “Atmosfer havasının çirklənməsinin monitorinqinə dair”, “Yaşıllıqların mühafizəsinə dair”, “Səs-küy və vibrasiya çirklənmələrinə dair” 3 sayda “Ətraf mühitin çirklənmə səviyyəsi haqqında operativ bülleten” hazırlanaraq aidiyyatı üzrə dövlət orqanlarına çatdırılmış və ETSN-in İnternet saytında yerləşdirilmişdir. “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Bayıl yamacının yaşıllaşdırılması məqsədilə sözügedən ərazidə monitorinqlər keçirilmiş, torpağın kimyəvi tərkibinin təyin olunması üçün nümunələr götürülərək analiz olunmuşdur. Yeni istifadəyə verilmiş Zığ-Aeroport yolunun ətraf ərazilərinin monitorinqi keçirilmiş, çirklənmiş ərazilər müəyyənləşdirilmiş, bu ərazilərin ekoloji sağlamlaşdırılmasına dair təkliflər hazırlanmışdır.

Xəzər dənizinin Azərbaycan sektorunda və onun sahil zolağında, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. ekoloji monitorinqin keçirilməsi təşkil edilmışdir. Keçirilən monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan 341 axar qeydə alınmışdır ki, onlardan 310-u sahildə, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərdə formalaşır.
Hesabat dövrü ərzində 1371 monitorinq keçirərək, götürülmüş 4152 su və qrunt nümunələri üzərində 33553 kimyəvi, bioloji və ekotoksikoloji təhlillər aparmış və əvvəlcədən müəyyən olunmuş koordinatlar üzrə açıq dənizdə təşkil edilmiş 4 ekspedisiyada iştirak edilmişdir. Su və qrunt numunələri üzərində aparılmış tədqiqatlar və müşahidələr zamanı qeydə alınmış ekoloji problemlər haqqında məlumatlar toplanaraq  həftəlik və aylıq bülletenlər vasitəsilə aidiyyəti orqanlara çatdırılmışdır.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın və “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında”  müvafiq Sərəncamlarının icrası ilə əlaqədar Pirallahı- Sumqayıt sahil zolağı boyu 86 km-lik məsafədə Xəzər dənizinə antropogen təsir göstərən axarların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə 16 ədəd modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq müvafiq bələdiyyələrin balansında istismara verilmiş və parametrləri uyğun gələn axarlar qarşısında belə  qurğuların quraşdırılması davam etdirilir. İstismara verilmiş qurğulara monitorinq nəzarəti  vaxtaşırı həyata keçırilmiş, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi təhlillər aparılaraq onların keyfiyyət göstəriciləri haqqında məlumatlar aidiyyəti qurumlara təqdim olunmuşdur.

Abşeron yarmadasının sahil zolağı boyu quraşdırılmış
Modul tipli təmizləyici qurğuların fəaliyyətinin səmərəliliyi barədə
MƏLUMAT

Təmizləyici Qurğular

2009-cu ilə qədər olan vəziyyət

2009-cu illin sonundakı vəziyyət

Su səthinin sahəsi, m2

Suyun həcmi, m3

Bataqlıq sahə,
m2

Su səthinin sahəsi, m2

Suyun həcmi, m3

Bataqlıq sahə,
m2

1

2 Saylı Mərdəkan -150 m3/gün  (Qızıl-Qum)

64 000

86 800

32 000

3 900

19 360

yoxdur

2

3 Saylı Mərdəkan -240 m3/gün (Marian-Biç)

220 075

144 000

29 000

185 075

138 000

yoxdur

3

4 Saylı Buzovna -1000 m3/gün (Qamışlıq)

187 000

96 000

120 000

45 000

23 000

75 000

4

5 Saylı Buzovna -150 m3/gün (Əli Ayağı)

52 000

83 400

47 000

27 000

40 320

yoxdur

2009-cu il ərzində aparılan tədqiqatlar zamanı istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan sahil zolaqlarında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsi bir daha müşahidə edilmiş və adıgedən ərazilərdə ekoloji normalara riayət olunmaması, bəzi ərazilərdə qeydə alınmış qeyri-qanuni zibilxanaların isə sahəsinin genişlənməsi müşahidə edilmişdir.
Qaynar nöqtə kimi qeydə alınmış Hövsan və 32 saylı kanallar Bakı ərazisindən təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılmışdır. Dənizdə fəaliyyət göstərən müəsssisələrin balansında olan fərdi özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasında atılaraq qalmaqdadır.
“Azneft” İB-nin obyektlərində keçirilən monitorinqlər zamanı ötən illər qeydə alınmış problemlərin həlli istiqamətində bəzi tədbirlərin görülməsi müşahidə edilmişdir.

 2009-cu il ərzində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində aparılan işlər davam etdirilmişdir.
Hesabat ilinin yanvar ayının I yarısında Azərbaycanın müxtəlif ərazilərində, 5 zona üzrə ölkə faunasına daxil olan quş növlərinin (o cümlədən oturaq və köçəri quşların) qış inventarlaşması aparılmış, iyun ayında isə ölkə ərazisində məskunlaşan 1000-dək müxtəlif sinantrop və köçəri quş növünün halqalarla nişanlanması həyata keçirilmişdir.
2009-cu ilin fevral ayında Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar zəruri işlərin həyata keçirilməsini təmin etmək məqsədilə xarici şirkətlərin iştirakı ilə açıq Tender keçirilmiş, fevral-may aylarında Balakən-Zaqatala regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması ilə əlaqədar xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə işləri aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 dekabr tarixli 109 nömrəli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması təsbit edilmişdir. Hesabat  ilinin sentyabr ayında Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması işlərinin satınalınması məqsədilə beynəlxalq səviyyədə Açıq Tender keçirilmiş və qalib şirkət tərəfindən layihələndirmə işlərinə başlanılmışdır.    
Ölkə tarixində ilk dəfə olaraq ceyranların tarixi ərazilərinə reintroduksiya olunması və həmin ərazilərin mühafizəsinin təşkili məqsədilə Xızı-Abşeron rayonlarının ərazisində Dövlət Təbiət Yasaqlığının  yaradılması ilə əlaqədar aparılan işlər yekunlaşma mərhələsindədir.
Bundan əlavə, 2009-cu il 26 iyun tarixində Naxçıvan MR ərazisində Arpaçayı Dövlət Təbiət Yasaqlığı, 2009-cu il 02 oktyabr tarixində Lerik rayonu ərazisində Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.
Şahbuz Dövlət Təbiət Qoruğu (3139,0 hektar), habelə Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131,0 hektar) torpaqları hesabına Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkının ərazisi 30666,4 hektar genişləndirilmiş və 2009-cu il 25 noyabr tarixində milli parkın adı  dəyişdirilərək Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı adlandırılmışdır.
Hesabat dövründə milli park və dövlət təbiət qoruqlarının ərazisində xüsusi mühafizə rejimi üzrə qanunvericiliyin tələblərini pozanlara qarşı 618 akt, 261 protokol tərtib edilmişdir. Tərtib edilmiş akt və protokollara əsasən təbiətə 49 172 manat dəyərində ziyan hesablanmış, inzibati qaydada 112 168 manat cərimə tətbiq edilmişdir. 22 iş baxılılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, 33 iş isə rayon məhkəmələrinə göndərilmişdir.

2009-cu il ərzində meşələrin bərpa olunması və artırılması üzrə nəzərdə tutulmuş tədbirlər aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata keçirilmişdir. 
Belə ki,  hesabat dövründə 10 751 ha sahədə meşəbərpa işləri aparılmışdır ki, bundan da 3591 ha sahədə meşə əkini və səpini işləri yerinə yetirilmişdir. Tinglik sahəsində 57,49 ha ərazidə toxum səpilmiş, 25,88 ha sahədə 1180,78 min ədəd toxmacar və 12,54 ha sahədə 639,2 min ədəd çilik basdırılmışdır.  Meşə fondu ərazilərində meşə əkinlərinin becərilməsi məqsədilə  30 000  hektar sahədə xidmət, 25 663  hektar sahədə suvarma işləri aparılmışdır. Ağac və kol cinslərindən ibarət toxum  tədarükü isə 143 400 kq-dan artıq olmuşdur.
2009-cu ildə yardımçı təsərrüfat sahəsi üzrə 774 ton təbii ot, 2,6 ton bağ meyvəsi, 35,4 ton bağ narı, 1780 kq əmtəəlik bal tədarük edilmişdir. Bundan əlavə qoz, fındıq, şabalıd, cır meyvə, naringi, limon, feyxoa, itburnu və digər kənd təsərrüfatı məhsulları tədarük edilmışdir.
Respublikanın meşə mühafizə işçiləri tərəfindən 230 000 manat köküstə nırx dəyərində 31 840 m3 həcmində qanunsuz qırıntı aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür.
334 iş hüquq mühafizə orqanlarına göndərilmişdir.
Yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə yanğınlarının qarşısı demək olar ki, tam alınmışdır. Hesabat dövrü ərzində ümumilikdə 29 hektar meşə fondu ərazisində yanğın hadisəsi baş vermiş, lakin həmin yanğının qarşısı operativ qaydada alındığından, meşə fonduna ciddi ziyan dəyməmişdir.

Hesabat dövründə su bioresurslarının artırılması və mühafizə olunması üzrə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir.
Belə ki, 2009–cu il ərzində nərə balıqartırma zavodlarından 7,67 mln ədəd nərə cinsli balıq körpələri buraxılmışdır.
Nərə balıqartırma zavodlarında balıq körpələrinin artırılması ilə yanaşı körpələrin canlı yem orqanizmləri ilə təmin edilməsi üçün yem bazasının yaradılması istiqamətində biotexniki normativlərə uyğun işlər görülmüşdür.
Hazırda gələn ilin balıqartırma mövsümündə təbii su hövzələrinə buraxılması üçün zavodlarda 130 min ədədə qədər qızıl balıq  körpələri bəslənir.
Çəkikimi balıq növlərinin artırılması sahəsində ixtisaslaşan balıqartırma müəssislərində 408,45 mln. ədəd və müxtəlif növ vətəgə əhəmiyətli balıq növlərinin süni və təbii üsulla artırılıb təbii su hövzələrinə buraxılışı təmin edilmişdir.
Beləliklə, 2009-cu ildə 416,3 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri süni və təbii yolla artırılıb Respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılmışdır.
2009-cu il ərzində balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq        ovuna qarşı həyata keçirilmiş tədbirlər nəticəsində 81 qanun pozuntusu aşkar edilmiş və 59 nəfər şəxs məsuliyyətə cəlb edilmişdir. 18 iş Respublikanın rayon məhkəmələrinə, 31 iş cinayət xarakterli olduğuna görə hüquq mühafizə orqanlarına göndərilmişdir. Bioloji resurslara vurulmuş ziyanla bağlı ümumilikdə 55 743 manat məbləğində  iddia qaldırılmış və cərimə tətbiq edilmişdir.

2009-ci ilin hesabat dövrü ərzində Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılması davam etdirilmişdir.   
Hidrometeoroloji stansiya və məntəqələrdə aparılan müşahidələrin nəticələrindən qısa və uzun müddətli proqnozların tərtibatında, o cümlədən gözlənilən təhlükəli hidrometeoroloji hadisələrin proqnozlaşdırılmasında istifadə olunmuşdur.
Hesabat dövründə respublika ərazisində havaların kəskin dəyişməsi və təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar vaxtında tərtib olunmuş, yarımsutkalıq, sutkalıq, iki günlük, aylıq hidrometeoroloji proqnozlar hazırlanaraq müvafiq dövlət orqanlarına, sifarişçi təşkilatlara, kütləvi informasiya vasitələri, televiziya kanalları və radio yayımları vasitəsilə birbaşa əhaliyə çatdırılmışdır. Sutkalıq və yarımsutkalıq proqnozların özünü doğrultması 87-91, Azərbaycanın rayonları üzrə tərtib olunmuş xəbərdarlıqların özünü doğrultması 85, Xəzər dənizi və Abşeron dəniz akvatoriyası üzrə 84-85, respublikanın çayları üzrə isə 86 faiz təşkil etmişdir.
Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda respublikamızda hidrometeorologiyanın aktual məsələlərinə həsr olunmaqla 4 problem altında 8 elmi-tədqiqat işi yerinə yetirilmişdir. İcra olunmuş 4 elmi işin nəticələri kitab şəklində nəşr olunmuşdur. Bazardüzü-Şahdağ Tufandağ ekosisteminin hidrometeoroloji və ekoloji tədqiqat elmi mərkəzinin tədbirlər planı hazırlanmışdır.
Respublika ərazisində baş verən təhlükəli hidrometeoroloji hadisələrə dair illik Xülasə nəşrə hazırlanmışdır.  
2009-cu ildə Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosistemlərində hidrometeoroloji və ekoloji tədqiqat işlərinin aparılması məqsədilə “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılmış, avtomat meteoroloji stansiyalar qurulmuş, bütün kompleks alternativ enerji ilə təmin olunmuşdur.
Ərazinin müxtəlif nöqtələrində quraşdırılacaq veb-kameralar hesabına qiymətli məlumatlar əldə edilməklə bərabər, hər bir Azərbaycan vətəndaşı internet vasitəsi ilə həmin əraziləri canlı rejimdə görə biləcək.

         2009-cu ildə aparılmış geoloji-axtarış və kəşfiyyat işləri dörd əsas istiqamətdə-geoloji xəritələmə, filiz, qeyri-filiz yataqlarının axtarışı və kəşfiyyatı, hidrogeoloji axtarış və kəşfiyyat, təbii proseslərin müşahidəsi və tədqiqi, zəlzələlərin proqnozlaşdırılması üzrə həyata keçirilmişdir.
Görülən işlər Baş Qafqazın cənub yamacının, Kiçik Qafqazın Naxçıvan struktur-metallogenik zonaların, şimalda Qusardan cənubda Dağlıq Talışa qədər geniş bir zolağı əhatə edən Qərbi Xəzəryanı sahələrin ərazilərini əhatə etmişdir.
Baş Qafqazın cənub yamacında aparılmış geoloji-axtarış işləri nəticəsində qızıl, molibden, mis müəyyən edilmişdir.
2009-cu ildə Göy-göl filiz sahəsinin şimal kəsimində aparılmış nüvə geofiziki tədqiqat işləri nəticəsində təqribən 6 km2 ərazidə metal, o cümlədən radioaktiv torium, protaktinium, uran və nadir torpaq neodium, prometium, holmium, erbium və lütesiumm elementlərinin yüksək tutumlarını ehtiva edən üç zolaqlı anomaliya aşkar edilmişdir. Burada uranın yüksək tutumu xüsusən daha çox maraq doğurduğu üçün hazırda bu sahədə dəqiqləşdirmə işləri həyata keçirilir.
Naxçıvan MR ərazisinin iki sahəsində radioaktiv filiz yataqlarının axtarışı işləri başlanmış və 2009-cu ildə davam etdirilmişdir.

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması, ekoloji tarazlığın qorunması və davamlı inkişafın təmin edilməsi sahəsində təsadüfi qərarlar qəbul edilməsinin qarşısının alınması məqsədilə ekoloji ekspertiza işləri həyata keçirilmişdir.
Son dövrlər Bakı şəhəri və ətraf qəsəbələrdə aparılan tikinti-quraşdırma işləri, yeni istehsal sahələrinin yaradılması, regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi və eyni zamanda Respublikamız üçün xarakterik olan neft-qaz sənayesi üzrə yeni layihələrin yerinə yetirilməsi ilə əlaqədar ekoloji ekspertizadan keçmək üçün daxil olan müraciətlərin sayı artmışdır.
Hesabat dövründə Respublikada yeni infrastruktur layihələrinin icrası ilə əlaqədar olaraq yeni sənaye sahələrinin yaradılması, tikinti-quraşdırma işlərinin aparılması, xüsusi əhəmiyyətli dövlət qrumlarının strukturlarının yerləşdirilməsi, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə qəsəbələrin inşası ilə bağlı Nazirlər Kabinetinin tapşırıqları əsasında torpaq sahələrinin ayrılmasının ekoloji qiymətləndirilməsi aparılaraq icraları təmin olunmuşdur. 
Respublikada iri həcmli investisiya tələb edən regional və beynəlxalq əhəmiyyətli layihələrin ekspertizasına xüsusi diqqət yetirilmiş, onların Respublikanın iqtisadi inkişafında əhəmiyyətləri nəzərə alınaraq ekoloji və sosial qiymətləndirmələri aparılmışdır. Bu qəbildən olan sənədlər əsasən Respublikanın enerji təminatının yaxşılaşdırılması, neft-qaz sənayesinin inkişafı, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və yeni iş yerlərinin yaradılması məqsədilə müasir tələblərə cavab verən iri həcmli istehsalat sahələrinin təşkil edilməsinə aiddir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» çərçivəsində Abşeron yarımadasında uzun illər ərzində neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələrinin rekultivasiyası ilə əlaqədar təqdim olunmuş layihə sənədləri baxılaraq müvafiq qaydada razılaşdırılmışdır.
Hesabat ilində ekoloji tələblərə cavab verməyən və ekspertiza üçün tələb olunan texniki layihə sənədləri tam qaydada təqdim olunmadığından daxil olmuş 85 sənəd razılaşdırılmadan geri qaytarılmışdır.
Təqdim olunmuş bütün layihələr aidiyyəti üzrə sahə ekspertləri cəlb olunmaqla müəyyən olunmuş müddətlərdə baxılaraq münasibət bildirilmiş, çoxsaylı müzakirələrin  aparılmasında ictimaiyyətin iştirakı təmin olunmuşdur.

2009-cu il ərzində  Ətraf   Mühit   və   Təbii   Sərvətlər   üzrə   Dövlət İnformasiya - Arxiv Fonduna ETSN-in tabeli qurumları tərəfindən ətraf mühitin vəziyyəti  və təbii sərvətlər üzrə müxtəlif yönümlü informasiya (gündəlik, həftəlik və  aylıq bulletenlər, həmçinin illik və çoxillik hesabatlar) daxil olmuş və sistemləşdirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin   saytında ətraf mühitlə, eləcə də, təbii sərvətlərlə bağlı əvvəllər yerləşdirilmiş materiallar mütəmadi qaydada yeniləşdirilmişdir.
Hesabat dövründə Azərbaycan Respublikasının Dövlət Balansında olan, istismar edilən faydalı qazıntı yataqlarının 01 yanvar 2009-cu il tarixə qalıq ehtiyatları hesablanaraq, inşaat materialları, qeyri-filiz faydalı qazıntı yataqlarının ehtiyatlarının  Dövlət Balansı və Azərbaycan Respublikasının faydalı qazıntı yataqlarının Sahə balansı tərtib olunmuş,  hər iki sənəd ETSN-in Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyasına təqdim edilmişdir. 
2009-cu il ərzində 20 filiz, 39 qeyri-filiz, 196 inşaat materialları, 62 şirin su, 29 mineral su, 6 sənaye suları və 1 termal su yataqları üzrə  Dövlət Kadastrı tərtib olunmuş və sənədləşdirilmişdir.     
«AZƏRSU» SC-in   sifarişinə əsasən Azərbaycan Respublikasının 61 şəhər və rayon mərkəzlərində su təchizatının yeniləşdirilməsi ilə əlaqədər hesabat dövründə 43 şəhər və rayon mərkəzlərində içməli suya olan tələbatın ödənilməsi  üçün həmin ərazilərin yeraltı suları haqqında məlumatlar hazırlamışdır.
2009-cu il ərzində  Dövlət   İnformasiya- Arxiv   Fonduna   61 hesabat, o cümlədən   Respublika   və   Xəzər   dənizi   üzrə   40 geoloji, 15 ekoloji, 3 hidrometeoroloji    və  3 ətraf mühitin monitorinqi   üzrə  hesabat  verilmişdir.
Hesabat ilində Dövlət İnformasiya-Arxiv Fonduna qəbul edilmiş bütün hesabatlar üzrə öyrənilmə vərəqələri sistemləşdirilmiş, 1:500000 miqyaslı operativ kartoqramlar və kontur xəritələri tərtib edilmişdir.     
Xəzər dənizinin ekoloji vəziyyəti barədə aidiyyəti qurumlardan alınmış məlumatlar sistemləşdirilmişdir. Xəzər dənizində baş vermiş təhlükəli hidrometeoroloji hadisələr qeyd olunmuşdur.  
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki və Şirvan şəhərlərinin hava hövzəsində tullantıların 4 inqrediyent üzrə: toz, kükürd qazı, dəm qazı və azot 4-oksidin miqdarının orta aylıq göstəriciləri əsasında  diaqramlar düzəldilmişdir.  
Fondun arxivindən 2009-cu il ərzində 173 arayış hazırlanmışdır.  Bunlardan 135 arayış Azərbaycan Respublikasının vətəndaşlarına, 38 arayış isə  digər MDB ölkələrinə göndərilmişdir.

2009-cu ildə ETSN-in ətraf mühitlə bağlı fəaliyyəti beynəlxalq əməkdaşlıq sahəsində də davam etdirilmişdir. Belə ki, bir sıra region dövlətləri, inkişaf etmiş dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər hazırlanmış və razılaşdırılma prosesləri həyata keçirilmişdir.
Belə ki, 2009-cu ilin 25-28 iyun tarixlərində Latviya Respublikasının Ətraf Mühit Naziri cənab Raymonds Veyonisin rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” imzalanmışdır.
Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 iyun tarixli 330 nömrəli Sərəncamına əsasən 2009-cu ilin 17 iyul tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) arasında “Təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq” haqqında Anlaşma Memorandumu imzalanamışdır.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 436 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikası Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumu” 2009-cu il 14 sentyabr tarixində Bakı şəhərində, 2009-cu il 16 sentyabr tarixində isə Seul şəhərində imzalanmışdır.
Həmçinin Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suriya Ərəb Respublikasının Ətraf Mühit Məsələləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmaq üçün müvafiq dövlətdaxili prosedurlardan keçmək məqsədilə AR Nazirlər Kabinetinə təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 117 nömrəli Sərəncamına əsasən AR Ekologiya və Təbii Sərvətlər Naziri Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilmiş və bu məqsədlə 2009-cu il 26 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilmiş və iclasın yekunu olaraq protokol imzalanmışdır.
“Avropa Landşaft Konvensiyası”nın mətni dövlət dilinə tərcümə edilmiş və rəsmi mətnə uyğunluğunun təsdiq edilmiş variantı Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsi üzrə prosedurlar həyata keçirilir.
Eyni zamanda Qlobal Ekoloji Fond, BMT-nin İnkişaf , Sənaye İnkişafı, Ətraf mühit proqramları, USAİD, NATO, Ümumdünya Səhiyyə Təşkilatı, ATƏT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və s. bu kimi beynəlxalq təşkilatlarla ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq həyata keçirilmişdir.  

ETSN-in ətraf mühitin mühafizəsi sahəsindəki çoxşaxəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.
Əvvəlki illərdə olduğu kimi 2009-cu il ərzində də əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif  kütləvi tədbirlər həyata keçirilmişdir.                 
Belə ki, ölkədə ekoloji mühitin sağlamlaşdırılması sahəsində misilsiz xidmətləri olan Ümummilli Lider H.Əliyevin doğum günü ərəfəsində YAP Gənclər Birliyi ilə birgə Ümummilli Liderin 70-ci illərdən etibarən həyata keçirdiyi yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə siyasətinin daha geniş təbliğ olunması, onların qorunub saxlanmasını təmin etmək məqsədilə ali məktəb tələbələri arasında “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” adlı məqalə müsabiqəsi keçirilmişdir. Həmçinin, eyni adlı elmi konfrans, eləcə də regionlarda gənclərin bu istiqamətdə maarifləndirilməsi üçün treninq və iməciliklər təşkil olunmuşdur.
Ekoloji təqvim günlərində (Yer günü, Ətraf mühit günü, Dəniz günü və s.)  KİV-də məqalələr dərc olunmuş, televiziya və radio kanallarında çıxışlar edilmiş, respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin aparılması məqsədilə iməciliklər təşkil olunmuş, təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universiteti, Texniki Universitet, Neft Akademiyası və digər ali təhsil müəssisələrinin müəllim və tələbələrinin iştirakı ilə ekoloji mövzularda seminar- məşğələlər, dəyirmi masalar, Bakı şəhərinin bir sıra orta məktəblərində ETSN-in təcrübəli mütəxəssisləri ilə görüşlər keçirilmişdir.
Ekoloji problemlərin həllinə ictimaiyyəti cəlb etmək məqsədilə “Şəhərin zibillənməsi”, “Havanın çirklənməsi”, “Səhralaşma” və “Nərəkimiləri birgə qoruyaq” mövzularında çəkilmiş reklam çarxları bir sıra televiziya kanallarında yayımlanmış və Nazirliyin saytında yerləşdirilmişdir.
Hər il olduğu kimi ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətdən davamlı istifadənin təmin olunması ideyalarının yayılması və əhalinin məlumatlandırılması məqsədi ilə jurnalistlər və telerepartyorlar arasında 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və telereportajlar üzrə müsabiqəyə yekun vurulmuşdur.
ETSN-nin yerli şöbələri tərəfindən mütəmadi olaraq əhalinin ekoloji maarifləndirilməsi, onların bu sahədə məlumatlılığının artırılmasına xidmət edən 800-dən artıq müxtəlif tədbirlər, o cümlədən seminar, məşğələ, bilik yarışı, müsabiqə, treninq, eyni zamanda KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunmuş, 30-dan artıq QHT-nin iştirakı ilə ekoloji problemlərin həlli istiqamətində təklif və sorğular müzakirə edilmiş və onların həlli istiqamətində tədbirlər həyata keçirilmişdir. 
“Ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərarlar qəbul edilməsində  iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi  haqqında” Orhus konvensiyasının Azərbaycanda həyata keçirilməsini təmin etmək və ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Bakı, Gəncə və Qazax şəhərlərində Orhus İctimai Ekoloji İnformasiya Mərkəzləri yaradılmışdır. Mərkəzlərdə ətraf mühitə dair siyasətin formalaşmasında Hökumət və Qeyri Hökumət Təşkilatları arasında görüşlər təşkil edilmiş, bu sahədə fəaliyyət göstərən yerli təşkilatlarla beynəlxalq təşkilatlar arasında əlaqə yaradılmasına köməklik göstərilmiş, QHT-lərın ictimaiyyəti maraqlandıran ədəbiyyat və internet resurslarından ödənişsiz istifadə imkanı yaradılmışdır.
Ölkə rəhbərliyi tərəfindən ekoloji məsələlərə ayrılan xüsusi diqqət və respublikamızın sosial-iqtisadi həyatında son illər əldə olunmuş yüksək  nailiyyətlər bundan sonra da ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində öz müsbət təsirini daha səmərəli  göstərəcəkdir.


Avropa İttifaqı – Azərbaycan Fəaliyyət Planı çərçivəsində 2009-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş tədbirlər barədə arayış

2008-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində ekoloji durumun sağlamlaşdırılması, təbii sərvətlərin mühafizəsi sahəsində görülən işlər






Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda


Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com