Ministry of Ecology and Natural Resources of Azerbaijan Republic
    Az    Eng









Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda














Az1073, Baku
B.Agayev str.100(A)
Tel/Fax: 492-59-07

Azərbaycanda məişət tullantılarının yeni idarəetmə sistemi formalaşır (Kaspi)


17/10/2008.
Balaxanı poliqonunun istifadə üçün yararsız hissələri bağlanacaq
Məlum olduğu kimi, bu ilin avqust ayının 6-da Azərbaycan prezidenti İlham Əliyev "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamın məqsədi paytaxt Bakıda məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloyi vəziyyətinin yaxşılaşdırılması və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsindən ibarətdir.

Kommunal sahədə islahatların həyata keçirilməsi zərurəti hələ Azərbaycan dövlət başçısının 2003-cü il noyabrın 24-də "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında vurğulanıb və həmin dövrdən başlayaraq ölkədə beynəlxalq maliyyə təşkilatlarının və tanınmış xarici şirkətlərin iştirakı ilə müvafiq araşdırma və monitorinqlərə başlanılıb. Monitorinqlər paytaxtdakı məişət tullantılarla bağlı vəziyyətin, xüsusilə tullantıların zərərsizləşdirilməsi sahəsində qeyri-qənaətbəxş olmasını və bu sahədə təxirəsalınmaz islahatların aparılmasının zərurətini bir daha təsdiqləyib. Dünya Bankının ekspertləri də müstəqil qaydada keçirdikləri qiymətləndirmə zamanı ekoloyi vəziyyətin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihəsini hazırlayıb və Azərbaycan hökumətinə təqdim ediblər.

Beynəlxalq təcrübə göstərir ki, məişət tullantıların idarə olunması sisteminin səmərəli fəaliyyət göstərməsi üçün bu prosesin komponentləri olan - tullantıların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması mərhələləri düzgün idarə olunduqda islahatlar özünü doğruldur və gözlənilən nəticəni verir.

Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq, Bakı şəhərində məişət tullantılarının idarəetmə sisteminin iki mərkəzdən idarə olunması müəyyən edilib. Belə ki, əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının toplanması və daşınması Bakı şəhər İcra Hakimiyyətinə tapşırılıb. Bu məqsədlə, müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatlarının (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçiliyi, Müdafiə Nazirliyi və s.) məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi üçün balanslarında olan zibil toplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları Bakı şəhər İcra Hakimiyyətinə təhvil verilməlidir. Beləliklə, şəhərin istənilən nöqtəsindən tullantıların daşınmasına görə cavabdehlik bu qurumun üzərində olacaq.

İkincisi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt ərazisində əmələ gəlmiş bütün bərk məişət tullantıları yeni yaradılan "Təmiz Şəhər" səhmdar cəmiyyətinə təhvil verilməlidir. Həmin müəssisə isə tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsini həyata keçirərək, onların tamamilə utilizisiya olmasını təmin etməlidir. "Təmiz Şəhər" ASC dövlət müəssisəsi olmaqla, öz təsərrüfat fəaliyyətini müstəqil quracaq, onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri İqtisadi İnkişaf Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası tərəfindən həyata keçiriləcək.

Sərəncamda qeyd olunduğu kimi, son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli işlərin görülməsinə baxmayaraq, Bakı şəhərində və onun ətrafında məişət tullantıları ilə bağlı vəziyyət acınacaqlı olaraq qalır. Hazırda tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi əməliyyatları ətraf mühit, təhlükəsizlik və sağlamlıq tələblərinə cavab vermir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, Bakıda orta hesabla adambaşına ildə 350 kq tullantı düşür. Zibil konteynerləri və ixtisaslaşdırılmış avtonəqliyyat vasitələrinin çatışmazlığı bəzi ərazilərdə məişət tullantılarının yığışdırılmasında ciddi problemlər yaradır. Rəsmi məlumatlara əsasən, şəhərdə 2 540 zibil toplama məntəqəsi, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının ərazisində 3 tullantı poliqonu fəaliyyət göstərir. Bunlardan ən böyüyü 1963-cü ildən fəaliyyət göstərən Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonudur.

İlkin müşahidələr göstərir ki, poliqonlarda bir sıra problemlər mövcuddur. Təhlükəli maddələrin yeraltı sularla qarışması, zibilin açıq şəkildə atılması, öz-özünə yanması və bunun nəticəsində tərkibində yanma qazları və müxtəlif zərərli maddələr olan tüstünün yayılması və digər kimi neqativ halların qarşısının alınmasına ehtiyac duyulur.

Tullantılarının əksər hissəsinin qeyd olunan poliqonlara daşınmasına baxmayaraq, Bakıətrafı ərazilərdə çoxlu sayda icazəsiz zibilliklər var. Tullantılar toplama məntəqələrində çeşidlənmədən daşınır. Tullantıların kağız, metal, plastik, şüşə komponentlərinə görə qismən çeşidlənməsi zibilxanalarda əl üsulu ilə aparıldığından müxtəlif infeksiyalara yoluxma riski də artır. Ona görə də tullantıları yerləşdirmək üçün poliqonların cari imkanlarının qiymətləndirilməsi ən vacib tədbirlərdəndir. Qiymətləndirmənin nəticələrindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Bakı şəhərində tullantıların idarə edilməsində onun bütün aspektlərinə aid məlumat bazasının yaradılması mühüm istiqamət təşkil edəcək. Belə ki, paytaxt əhalisinin dəqiq sayı bəlli olmadığından tullantıların illik həcmi haqqında indi etibarlı rəqəmlər söyləmək mümkün deyil. Ona görə də təkmilləşdirilmiş idarəetmə sisteminin qurularkən qarşıya qoyulan birinci vəzifə tullantıların yaranması, növü və miqdarı barədə ətraflı və etibarlı məlumatın toplanması olacaq.

Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər sırasında məişət tullantılarının daşınmasında əsas problem olan avtonəqliyyat vasitələrinin çatışmazlığı ilə əlaqədar olaraq prezidentin 2007-ci ilin oktyabrın 3-də imzaladığı "Mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması haqqında" sərəncamına əsasən, xüsusi təyinatlı kommunal texnikasının alınması üçün dövlət büdcəsindən Bakı şəhər İcra Hakimiyyətinə 25 mln. manat vəsait ayrılıb. Artıq Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilib. Yeni texnika həmçinin, dar küçələrdə də hərəkət etməklə zibilin mütəmadi olaraq yığılmasını təmin edəcək.

"Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncam isə bu sahədə köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün "Təmiz Şəhər" ASC-nin yaradılması və fəaliyyətə başlaması ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyi xətti ilə həyata keçirilməsi planlaşdırılan institusional tədbirlər sırasında Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası və Dünya Bankının "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihələrini göstərmək olar.

İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, zibilyandırma zavodu inşa edəcək şirkətin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş beynəlxalq müsabiqədə Fransanın CNIM şirkəti qalib gəlib, aprel ayından hər iki tərəfin yerli və beynəlxalq məsləhətçilərinin iştirakı ilə danışıqlar prosesi başlanıb. Artıq danışıqlar yekunlaşmaq üzrədir və müvafiq razılaşdırma proseduraları başa çatdıqdan sonra müqavilənin imzalanması gözlənilir. Müqavilə illik gücü 500 min ton bərk məişət tullantıları yandıracaq zavodun layihələndirilməsini, tikintisini və 20 illik (daha 10 il uzatmaq imkanı ilə) istismarının həyata keçirilməsini nəzərdə tutur. Zibilyandırma zavodu hər birinin yandırma gücü 250 min ton olan 2 xətdən və elektrik eneryisini istehsal edən turbindən ibarət olacaq. Təqdim olunan layihənin texniki həlli gələcəkdə zavodun gücünün, üçüncü xətt əlavə etməklə, 50% artırılmasına imkan yaradır. Məişət tullantılarının yandırılması nəticəsində il ərzində təxminən 231,5 mln. kVt/saat elektrik eneryisi istehsal olunacaq. Yandırılmış tullantılardan qalan kül çöküntüsündən yol tikintisi prosesində istifadə etmək mümkün olacaq.

Zibilyandırma zavodu sərt istismar və ekoloyi tələblərə cavab verən müasir texnologiyadan və yüksək keyfiyyətli komponentlərdən istifadə etməklə inşa olunacaq. Zavod ilkin işəsalma anı istisna olmaqla, istismar zamanı əlavə yanacaq tələb etməyəcək. Atmosferə buraxılan qazların həcmi yerli normativlərə uyğun gəlməklə yanaşı, həm də Avropa Birliyinin normativlərinə tam cavab verəcək. Təmizlənmiş kül tozu poliqonda basdırılacaq. Ümumiyyətlə, yandırma prosesi tullantıların həcmini təxminən 90% azaldaraq, gələcəkdə torpaqların səmərəli istifadəsi ilə yanaşı, poliqonda basdırılma ilə bağlı xərclərin azalmasına gətirib çıxaracaq.

Müqavilə "turn-key" (açar təhvili) tipli olaraq, dünyada bu sahədə geniş tətbiq olunan DBO (Design - Build - Operate) prinsipi ilə - layihələndirmə, tikinti və əməliyyat xidmətinin eyni şirkət tərəfindən həyata keçirilməsi yolu ilə icra olunacaq. Bu isə o deməkdir ki, zavodun layihələndirilməsi, tikintisi və əməliyyat xidmətinin göstərilməsinə görə məsuliyyət bütövlüklə bir icraçının üzərində olacaq.

Məlum olduğu kimi, iyulun 30-da Nazirlər Kabinetində aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və digər dövlət təşkilatlarının rəhbərlərinin və məsul işçilərinin iştirakı ilə həmin layihənin təqdimatı keçirilib.

Paralel olaraq İqtisadi İnkişaf Nazirliyi xətti ilə həyata keçirilməsi planlaşdırılan Dünya Bankının "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihəsinin məqsədi isə bərk məişət tullantıların yığılması və utilizasiyası əməliyyatlarını davamlı və səmərəli sistemə çevirmək üçün aparılan islahata yardım etməkdir. Ümumi dəyəri 41,5 mln. ABŞ dolları olan layihə üzrə Dünya Bankının kredit məbləği 29,5 mln. ABŞ dolları təşkil edir. Layihə üzrə danışıqlar bu ilin may ayının 1-də başa çatıb, maliyyə şərtləri və komponentləri üzrə razılaşma əldə edilib.

"Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihəsi 5 komponentdən ibarət olacaq:

1. "Tullantıların toplanması üçün avadanlıq" komponenti Bakı şəhərinin rayonları üzrə, o cümlədən hazırda tullantıların effektiv şəkildə toplanmadığı ərazilərdə xidmətin keyfiyyətini artırmağa yardım edəcək. Komponent üzrə Bakının ən zəif xidmət göstərilən ərazilərində bərk məişət tullantıların toplanmasının miqyasını və xidmətin səmərəliliyini artırmaq üçün təcili tələb olunan avtonəqliyyat vasitələri və zibil konteynerlərinin alınması maliyyələşdiriləcək;

2. Balaxanı poliqonunun təkmilləşdirilməsi və idarə edilməsi komponenti çərçivəsində bərk məişət tullantılarının idarə edilməsi üzrə ətraf mühitə göstərilən təsirə nəzarət etmək, mövcud poliqonun səmərəliliyinin artırılması və müasir standartlara cavab verməsi üçün müvafiq avadanlığın və texnikanın tədarükü (körpü tərəziləri, buldozerlər və s.) və tikinti işləri (hasarlama, tullantıların basdırılması, drenaya nəzarət, daxili yollar və s.) maliyyələşdiriləcək. Təklif edilən investisiyalar nəticəsində Balaxanı poliqonunun fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, onun yaxın gələcəkdə bağlanmasına hazırlıq işləri görüləcək. Bununla bərabər, layihənin digər komponenti çərçivəsində yeni müasir poliqonlarının tikintisi üçün hazırlıq işləri həyata keçiriləcək;

3. Layihənin institusional islahat, potensialın artırılması və layihənin idarə olunması komponenti üzrə strateyi planlaşdırmanın tamamlanmasına və "Təmiz Şəhər" ASC-nin qurulmasına, fəaliyyətə başlamasına və inkişafına dəstək veriləcək. Komponent daxilində bu sahədə beynəlxalq təcrübəyə malik olan ən azından bir xarici mütəxəssis daim olaraq səhmdar cəmiyyətində fəaliyyət göstərməklə, müəssisənin işinə yardım göstərəcək. Bundan başqa, müxtəlif spesifik məsələlər üzrə bir sıra mütəxəssislərin cəlb edilməsi də nəzərdə tutulur. Hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən cəlb edilmiş İngiltərənin "Currie & Brown" şirkəti Abşeron yarımadasında tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsinə dair qısamüddətli Tədbirlər Planı hazırlayır. Layihənin bu komponenti çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin bu sahədə apardığı işlərin davamı olaraq strateyi planın tamamlanması üçün təhlillər aparılacaq, sektorun maliyyə, əməliyyat və hüquqi baxımından yenidən qurulmasını ətraflı şəkildə təsvir edəcək uzunmüddətli Tədbirlər Planı hazırlanacaq. Bu isə, "Təmiz Şəhər" ASC-nin korporativ strukturunun yaradılması ilə nəticələnəcək. Bu komponentin əsas məqsədlərindən biri də ictimaiyyətlə iş və məişət tullantıları ilə bağlı təhsilin artırılmasını dəstəkləməkdən ibarət olacaq;

4. Digər poliqonların bağlanması və idarə edilməsi komponenti üzrə Bakı şəhəri ərazisindəki icazəsiz zibilliklərin bağlanması və təmizlənməsi, digər poliqonların idarəçiliyinin təkmilləşdirilməsi (və ya bağlanması) maliyyələşdiriləcək.

5. Layihədən sonrakı investisiyaların Texniki Hazırlığı komponenti yeni tullantı poliqonlarının yaradılması üçün zəruri olan texniki-iqtisadi əsaslandırmaları və ətraf mühitə təsirin qiymətləndirilməsini, miqyası genişlənmiş tullantıların toplanması sisteminin səmərəliliyini saxlamaq üçün yükboşaltma məntəqələrinin tətbiq edilməsinin maliyyələşdirilməsi həyata keçiriləcək.

Dünya Bankının layihəsi ilə sıx əməkdaşlıq çərçivəsində "Təmiz Şəhər" ASC bərk tullantıların yerləşdirilməsindən başqa, əsas fəaliyyətini beynəlxalq təcrübədə özünü doğrultmuş müasir emal sahələrinin ölkəmizdə inkişaf etdirilməsinə yönəldəcək.

Məlum olduğu kimi, tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloyi, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsulları mövcuddur. Yerli tullantıların miqdarı, tərkibi və sıxlığı ilə bağlı dəqiq məlumatlar əldə edildikdən sonra ən optimal emal üsulları seçiləcək.

Hazırda İqtisadi İnkişaf Nazirliyi müəyyən edilmiş tapşırıqların icrası ilə əlaqədar təşkilati işləri həyata keçirir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan poliqonların və əmlakın təhvil-təslimi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müvafiq müraciət göndərilib, Müşahidə Şurasının formalaşdırılması üçün aidiyyəti qurumlara sorğular ünvanlanıb. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən ASC üçün inzibati binanın ayrılması xahiş olunub. Bundan başqa, müasir korporativ idarəetmə standartlarına cavab verən ASC-nin Nizamnaməsinin layihəsi hazırlanır və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunduqdan sonra digər təsis sənədləri ilə birlikdə dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinə təqdim ediləcək.

Qeyd edək ki, təhvil-təslim işləri ilə əlaqədar "Təmiz Şəhər" ASC-nin tam fəaliyyətə başlaması obyektiv səbəblərdən müəyyən vaxt tələb edəcək. Buna görə də sərəncamda göstərildiyi kimi, ASC-nin fəaliyyəti təşkil edilənədək Bakı şəhər İcra Hakimiyyəti məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı işlərin fasiləsiz həyata keçirilməsini təmin etməlidir. Təhvil-təslim işləri başa çatdıqdan sonra İqtisadi İnkişaf Nazirliyi ən təxirəsalınmaz tədbirlərin görülməsinə, o cümlədən Balaxanı poliqonunun istifadə üçün yararsız hissələrinin bağlanmasına başlayacaq. /APA-Economics/


Read: 3260



31/10/2014. Fairy circles
27/10/2014. Ice caps
22/10/2014. Rainbow Eucalyptus, Most Beautiful Tree Bark on Earth
17/10/2014. Sailing stones
14/10/2014. Earthquake jolts Japan







All Rights Reserved. Reference and hyperlink required.