Ekologiya və Təbii Sərvətlər Nazirliyi


AZ EN

Saytın xəritəsi  Ana səhifə  Saytın yenidən yüklənməsi    2010-cu il Azərbaycanda "Ekologiya ili"dir.


<<    >>




02/09/2010. Çində 70 nəfər torpaq altında qaldı
31/08/2010. “Erl” qasırğası ABŞ üçün təhlükə yaradır
27/08/2010. Türkiyədə sel və daşqınlar can aldı
26/08/2010. Hindistan batır
26/08/2010. Meksika körfəzində neft yeyən mikrob kəşf edilib

 Bizə yazın













Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Monitorinq sistemi

1.1.  Müşahidə şəbəkəsi

Torpaqların çirklənməsi üzrə monitorinq işləri aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

· İri sənaye şəhərlərində yerləşən müəssisələrin ərazi və ətraf torpaqlarının texnogen tullantılar-ağır metallarla (nikel, kobalt, qurğuşun, manqan, xrom, sink, mis, qalay, molibden, kadmium, vanadium, civə) çirklənməsi üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli-Bayramlı şəhərlərində;

· Əli-Bayramlı, Salyan, Siyəzən rayonlarında və Abşeron yarımadasında yerləşən Neft Qaz Çıxarma İdarələri (NQÇİ) və onlara yaxın ərazilərdə, torpaqların neft və neft məhsulları ilə çirklənməsi üzrə;

• TORPAQ   
1. Monitorinq sistemi
2. Torpaqların çirklənmə vəziyyəti
Faydalı linklər

Кompleks  analitik  tədqiqat  laboratoriyalari

• ATMOSFER  HAVASI
1.  Monitorinq sistemi
2. Atmosfer havasının çirklənmə vəziyyəti

• SƏTH  SULARI
1. Monitorinq sistemi
2. Səth sularının çirklənmə vəziyyəti

Ətraf  mühitin radioaktivliyi
Struktur
Əlaqə

· Kənd təsərrüfatı torpaqlarının xlorüzvi, fosforüzvi pestisid və herbisidlərlə çirklənməsi üzrə hər il 3 rayon olmaq şərti ilə yaz və payız aylarında aşağıda adları çəkilən rayonlarda (Ağdam, Ağdaş, Ağcabədi, Əli-Bayramlı, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Xanlar);

· Torpaqların bərk sənaye (toksiki) və məişət tullantıları ilə çirklənməsi üzrə respublikanın bütün şəhər və rayonlarından hər ay mütəmadi olaraq məlumatların daxil  olması;

· Yağıntılardan sonra torpaqların atmosfer çirkləndiriciləri ilə çirklənməsi üzrə 21 məntəqədə (Bakı, Sumqayıt, Pirallahı, Quba, Qırız, Xaçmaz, Mərəzə, Gəncə, Daşkəsən, Lənkəran, Biləsuvar, Kəlvəz, Sabirabad, Neftçala, Ağstafa, Şəki, Qəbələ, Damarçın, Zaqatala, Mingəçevir, Zərdab) monitorinqlərin aparılması.

1.2. Qanunvericilik

Torpaqların çirklənmədən mühafizəsi istiqamətində fəaliyyət “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir) ilə həyata keçirilir.

Torpaqların çirklənməsinin monitorinqinin əsas vəzifələri torpaqların təbii və antropogen təsirlər nəticəsində çirklənməsinin qarşısının alınması məqsədi ilə torpaqlara atılan (axıdılan) tullantılara nəzarətin elmi və qanuni əsaslarla həyata keçirilməsindən, torpaqların çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsindən, ondan səmərəli istifadə üzrə layihələrin hazırlanması və proqnozların verilməsindən ibarətdir.







Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda

Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com
buy adult toys
Twitter