Ekologiya və Təbii Sərvətlər Nazirliyi


AZ EN

Saytın xəritəsi  Ana səhifə  Saytın yenidən yüklənməsi   2010-cu il Azərbaycanda "Ekologiya ili"dir.


<<    >>




09/03/2010. Türkiyə zəlzələdən sarsıldı: 57 ölü, 50 yaralı
05/03/2010. Sarı qar yağdı!
03/03/2010. Argentinada 5,2 bal gücündə zəlzələ olub
02/03/2010. Göydən balıq yağıb
01/03/2010. Çilidə yenə zəlzələ baş verdi

 Bizə yazın











Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən
2009-cu il ərzində görülən işlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 2009-cu il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyətini davam etdirmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılmasını həyata keçirmiş, operativ və rejim məlumatlarını hazırlayaraq onların yayımlanmasını təmin etmişdir.
İl ərzində atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılmışdır. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 93826 nümunə götürülmüş və həmin nümunələr üzərində 16 adda çirkləndirici üzrə 98204 analiz aparılmışdır.
Atmosfer havasının çirklənmə səviyyəsinə dair 238 sayda “Atmosfer havasının çirklənmə səviyyəsi və təbii mühitin radiasiya şəraiti haqqında” gündəlik bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına göndərilmişdir.
Ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran zonasında 21 məntəqədə atmosfer yağıntılarının kimyəvi tərkibinin 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xloridlər, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) monitorinqi aparılmışdır. İl ərzində götürülmüş 274 yağıntı (yağış, qar) nümunəsi üzərində 3014 kimyəvi analiz aparılmışdır.
Səth sularının çirklənməsinin monitorinqi 27 çay, 4 sututarı, 1 liman, 10 göl olmaqla, ümumilikdə 42 su obyekti üzrə 50 müşahidə məntəqəsində keçirilmişdir. Belə ki, bu istiqamətdə detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə götürülmüş 784 su nümunəsi üzərində 12907 fiziki-kimyəvi analiz aparılmışdır.
Su obyektlərində aparılmış monitorinqin nəticələri əsasında 36 sayda “Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti haqqında 10 günlük hidrokimyəvi”, 12 sayda “Yerüstü su obyektləri haqqında aylıq hidrokimyəvi” bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına göndərilmişdir.
2009-cu il ərzində ölkə ərazisində torpaqların fon tərkibinin, neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədi ilə aparılan monitorinqlər davam etdirilmişdir. Belə ki, torpaqların neft məhsulları ilə çirklənməsinin öyrənilməsi üçün “Bibi-Heybətneft”, “Suraxanıneft” “Binəqədineft”, Tağıyev və Fikrət Əmirov adına NQÇİ-lərin ərazilərindən, “Balaxanıneft” NQÇİ-nin yaxınlığında yerləşən Sabunçu qəsəbəsinin ərazisindən və buruqlar arasından, Bakı və Sumqayıt şəhərlərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsinin tədqiqi məqsədi ilə Bakı şəhərinin sənaye zonasından qərbə, cənub-qərbə, şərqə, şimala doğru dörd istiqamətdən və zavodların ərazisindən, Sumqayıt şəhərinin sənaye zonasından şimal-qərbə, cənub-qərbə, şərqə doğru üç istiqamətdən və on zavodun ərazisindən (Superfosfat, Boru-Kəmər, Alüminium, Kimya Sənayesi İB, Süni Yuyucu Məhsulları, İEM-1, İEM-2, Üzvi Sintez İB, Süni Kauçuk, Aşqarlar zavodları) götürülmüş 798 torpaq nümunəsi üzərində 2933 kimyəvi analiz aparılmışdır.
Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə (saat 09:00, 15:00, 18:00 radələrində) 36 məntəqədə aparılmışdır. Aparılmış ölçmələrin nəticələrinə əsasən 238 sayda gündəlik bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına göndərilmişdir. Atmosfer aerozollarının -radioaktivliyi üzərində müşahidələr Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və Neft Daşlarından götürülmüş 1871 planşet nümunəsində müvafiq analizlər əsasında aparılmışdır.
“Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək, Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında meteoroloji stansiyalarda radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sisteminin quraşdırılması təmin edilmişdir. Hal-hazırda ölkə ərazisində radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi normal fəaliyyət göstərməkdədir.
Avropa İttifaqının TACİS Proqramı üzrə həyata keçirilən “Transsərhəd çay idarəçiliyi, Kür çayı üzrə II mərhələ” layihəsi çərçivəsində Departamentə suyun oksigen rejimini ölçən “Mod Oxi 340i”, bulanıqlığı ölçən “Hanna Mod HI98703”, mühitin pH-nı təyin edən “Mod pH 340i”, suyun elektrik keçiriciliyini və duzluluğunu təyin edən “WTW-Mod cond 340i” portativ cihazları, optik sıxlığın təyin edilməsi üçün “Analytik Jena Mod Specord 205 BU” UV-VIS spektrofotometrik sistemi, laboratoriya analizləri üçün istifadə olunan “Millipore-Mod Elix 3” sutəmizləyici sistemi, ətraf mühitin komponentlərində ağır metalların təyin edilməsi üçün AA-Analytik Jena “Mod ZEEnit 650 BU” spektrometri, bioloji monitorinqin həyata keçirilməsi üçün avadanlıqlar, multiparametrik zond-Idromar”, su hövzələrindən nümunələrin götürülməsi məqsədi ilə müxtəlif diametrli torlar, nümunələrin götürülməsi üçün qurğular verilmişdir.
Hesabat dövründə ölkə ərazisində, stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə və xüsusilə də Abşeron yarımadasının su obyektlərində, güclü fiziki təsir yaradan mənbələr üzərində səyyar monitorinqlər həyata keçirilmişdir.
Keçirilmiş monitorinqlərin nəticələri əsasında “Atmosfer havasının çirklənməsinin monitorinqinə dair”, “Yaşıllıqların mühafizəsinə dair”, “Səs-küy və vibrasiya çirklənmələrinə dair” 3 sayda “Ətraf mühitin çirklənmə səviyyəsi haqqında operativ bülleten” hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına göndərilmişdir. “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Bayıl yamacının yaşıllaşdırılması məqsədilə sözügedən ərazidə monitorinqlər keçirilmiş, torpağın kimyəvi tərkibinin təyin olunması üçün nümunələr götürülərək analiz olunmuşdur. Eyni zamanda yeni istifadəyə verilmiş Zığ-Aeroport yolunun ətraf ərazilərinin monitorinqi keçirilmiş, çirklənmiş ərazilər müəyyənləşdirilmiş, bu ərazilərin ekoloji sağlamlaşdırılmasına dair təkliflər hazırlanmışdır.






Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda


Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com