Forest Resources Assessment and Monitoring

Hazırda FAO tərəfindən icra edilən “Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsi çərçivəsində meşələrin sosial və iqtisadi baxımdan səmərəliliyini artırmaq, mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq və karbonun udulmasını artırmaq üçün Azərbaycanda dayanıqlı meşə idarəçiliyi sistemini yaratmaq məqsədi daşıyır.
Layihənin Meşə Ehtiyatları barədə Məlumatları İdarəetmə Sistemi komponenti əsasında layihə ölkə boyu meşə ehtiyatları, meşəçilik ilə əlaqədar elementlər barədə etibarlı, yenilənmiş məlumatı və qlobal miqyasda qəbul edilmiş yeddi meyarın əsasında onların qiymətləndirilməsini təmin edən sistemin inkişafına dəstək verəcəkdir. Digər komponent üzrə isə layihə meşə idarəçiliyinin planlaşdırılması sistemini yenidən canlandıracaqdır. Nümunələrin sistemli şəkildə götürülməsi üçün yenilənmiş xəritələr və müasir alətlərlə təmin olunacaqdır. Bu, karbonun udulması ilə əlaqədar tədbirlərin görülməsinə, həmçinin yerli əhalinin gəlir mənbələrinin və kiçik icarəçi fermerlərin iqtisadi durumunun yaxşılaşdırılması üçün müvafiq mühitin yaradılmasına imkan yaradacaqdır. Pilot ərazi olaraq Ağdaş və Qax rayonları müəyyən edilmişdir. Eyni zamanda deqradasiyaya uğramış meşə torpaqlarının irimiqyaslı reabilitasiyasına və bərpasına şərait yaratmaq üçün layihə Şəmkir Regional Meşə Tingliyi Müəssisəsinin (5 hektarda) müasirləşdirilməsinə dəstək verəcəkdir.