Az    Eng








video arx video arx video arx video arx
Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda


















Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
DÖVLƏT TƏBİƏT QORUQLARI: Göy-göl  Dövlət Təbiət Qoruğu

Göy-göl  Dövlət Təbiət Qoruğu 1925-ci ildə  Azərbaycanda yaradılmış ilk qoruqdur. Göy-göl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.

Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Göy-göl  Dövlət Təbiət Qoruğu Xanlar rayonunun inzibati ərazisində yerləşir. Ərazisi 6739 hektardır. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 m hündürlükdə yerləşir.

Qoruq içməli su mənbəyi kimi Göy-gölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.

Göy-göl qoruğunun əsas hissəsinin relyefi  üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır.

Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mylayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd edir. İllik yağıntının  miqdarı 600-900 mm-dir.

Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göy-göl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir.

Qoruğun heyvanlar aləmi bir çox vəhşi məməli  və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq,  dovşan, dələ, quşlardan  Xəzər uları,qara kərkəs,kəklik və s. göstərmək olar.
Ərazidə məskunlaşan heyvanlardan ikisinin—Şərqi Qafqaz təkəsi və qonur ayının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı kitablarda Göy-göldə yaşayan və və qorunan forel balığının və bir çox quşların da adı vardır.

Göy-göl Dövlət Təbiət Qoruğunun əsas hissəsi zəngin bitki örtüyünə malikdir.Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fısdığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyasdığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar.

Qoruğun ərazisində hərbi hissə yerləşir.

Qoruğun filialı kimi fəaliyyət göstərən 392 hektarlıq Eldar Şamı sahəsinin ərazisi genişləndirilmiş və  Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Hal-hazırda, Göy-göl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik ərazilərin hesabına sahəsinin genişləndirilərək, 12755 ha ərazidə Göy-göl Milli Parkının yaradılması üçün müvafiq sənədlər işlənib hazırlanmışdır və Azərbaycan Respublikası Prezidenti qarşısında vəsatət qaldırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.

ekoloji-ugurlar


 


24/11/2014. Mamatus buludları
19/11/2014. Buz halqası
14/11/2014. Moeraki qayaları
11/11/2014. Çində nadir təbiət hadisəsi baş verib
05/11/2014. Dünyanın ən balaca səhləb çiçəyi







Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ecologiya.nazirliyi@eco.gov.az