Faydalı Bölmələr

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-100 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 107 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 187 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edib. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 47,5 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub. 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 19, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 15 sm azalma qeydə alınıb, Şirvan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 411 sm (2018-ci il fevralın 11-də 349 sm), Şirvanda 295 sm (2018-ci il fevralın 11-də 223 sm), Salyanda 246 (2018-ci il fevralın 11-də 179 sm), Bankədə 227 sm (2018-ci il fevralın 11-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 135 sm (2018-ci il fevralın 11-də 90 sm) təşkil edir.

11 Fevral 2019

Oxunma sayı : 214