Faydalı Bölmələr

Respublikanın çaylarında mövcud vəziyyət

Respublikanın çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 50-60, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 60-100 faizini təşkil edir. 

Tranzit çaylarda faktiki vəziyyət

İyunun 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 335 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 56 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 497 m3/s olmaqla, ongünlük normadan az olub.

İyunun 03-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 67 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 122 m3/s təşkil etməklə ongünlük normadan az olub.

İyunun 03-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 149 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 195 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub. 

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyunun 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 467 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyunun 03-də isə 405 sm olub.  Şirvan məntəqəsində suyun səviyyəsi 12 sm azalaraq 259 sm qeydə alınıb. 2018-ci il iyunun 03-də isə bu rəqəm 215 sm təşkil edib. Salyanda suyun səviyyəsi 10 sm azalıb və 284 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 141 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 5 sm azalaraq 235 sm olub və bu göstərici 2018-ci il iyunun 03-də 181 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 8 sm azalaraq 232 sm müşahidə olunub. Bu rəqəm  2018-ci il iyunun 03-də isə 60 sm təşkil edib.

03 İyun 2019

Oxunma sayı : 585