Faydalı Bölmələr

Ovlanmasına icazə verilən heyvan növləri

Ovlanmasına icazə verilən heyvan növləri

Ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq.

Çöl donuzu (qaban)

Ovlanma müddəti : 15 sentyabr-22  dekabr  2018-ci il

Ov yerləri: Lənkəran,   Astara,  Lerik,  Qax,  Cəlilabad,  Zaqatala, İmişli,  Qusar,  Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

 

 

 

Dovşan

Ovlanma müddəti: 17 noyabr  2018-ci il-12 yanvar 2019-cu il

Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının  müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

 

Cüllüt

Ovlanma müddəti: 15 sentyabr-24 noyabr  2018-ci il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

 

 Qaz

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart  2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

 

 

 

 Ördək

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart  2019-cu il

Ov yerləri:  yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

 

 

 

 

 Qaşqaldaq

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart  2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

 

 

Ov etmək qadağan olan ərazilər 

  • Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;
  • Xəzər dənizinin adaları;
  • yaşıl zonalar;
  • şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;
  • xüsusi mühafizə olunan ərazilər;
  • sanitar-mühafizə zonaları.

 

11 Oktyabr 2018

Oxunma sayı : 322