Faydalı Bölmələr

7 iyunda gözlənilən hava şəraiti

7 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

İyunun 7-də hava günəşli olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz  27-32, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət  gecə 65-75, gündüz 45-55 faiz olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 7-də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi  yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

06 İyun 2019

Oxunma sayı : 547