Faydalı Bölmələr

17 iyun Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günüdür

17 iyun Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günüdür

Torpaqların ekstensiv istifadəsi, heyvandarlığın kifayət qədər yem bazası ilə təmin olunmaması, mal”“qaranın sürətlə artması səbəbindən mövcud otlaqların, meşə ərazilərinin həddən artıq otarılması, suvarma rejiminə düzgün riayət edilməməsi, hidrotexniki qurğuların sıradan çıxması, kimyəvi çirklənmə, şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel sularının təsirinin artması səhralaşmaya səbəb olur.
Səhralaşma probleminin qlobal xarakter alacağını başa düşən ekoloqlar bəşəriyyətin gələcək bəlalardan xilas edilməsi üçün təcili tədbirlərin həyata keçirilməsi tələbi ilə çıxış etdilər.
Səhralaşma ilə bağlı qlobal ekoloji problemin ciddiliyi nəzərə alınaraq BMT”“nin Bas Assambleyası tərəfindən 1994”“cü ilin 17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunmuşdur.
Quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Buna görə Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxsılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998”“ci il 24 aprel tarixində "Səhralaşmaya qarşı mübarizə" Beynəlxalq Konvensiyasına qoşulmuşdur.
Ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalmışdır. Təxminən 300 km² ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşmüşdür. Torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır.
Bundan başqa 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir ki, bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.
Ölkəmizdə səhralaşmanın qarşısının alınması məqsədilə müvafiq dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilir.
Belə ki, ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında yay”“qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı"na, "Meşələrin artırılması və bərpa olunmasına dair" və "Ekoloji cəhətdən dayanıqlı sosial”“iqtisadi inkişafa dair" Milli proqramlara uyğun olaraq müvafiq işlər görülür. Ümumilikdə hər il ölkə ərazisində 10 min hektardan artıq meşəbərpa işləri aparılır.
Proqramlarda nəzərdə tutulmuş normativ”“hüquqi sənədlərin təkmilləşdirilməsi və zəruri təşkilati tədbirlərin həyata keçirilməsi, aqrar bölmə üzrə mərkəzi və yerli idarəetmə orqanlarının struktur və funksiyalarının təkmilləşdirilməsi üzrə müvafiq işlər aparılmışdır. Yay və qış otlaqları massivləri üzrə yaxşılaşdırma tədbirlərinin, bu sahədə elmi”“tədqiqat işləri, kadr hazırlığı, idarəetmənin yeni iqtisadi münasibətlərə uyğun aparılmasının təmin edilməsi istiqamətində tədbirlər görülmüşdür.
Ötən müddət ərzində Azərbaycanda bu Konvensiya çərçivəsində müəyyən işlər görülmüşdür. Konvensiyanın Azərbaycanda həyata keçirilməsi üzrə 3 Milli Məruzə hazırlanmış, Respublikanın müxtəlif bölgələrində Konvensiyanın məqsədləri barədə seminarlar keçirilmiş, problemə dair müvafiq bukletlər, məlumatlar dərc olunmuşdur.
Yay və qış otlaqlarının mövcud vəziyyətinin araşdırılması, şiddətli eroziyaya və şoranlaşmaya məruz qalmış ərazilərin dəqiqləşdirilməsi və xəritələşdirilməsi, eləcə də torpaq kadastrı və qeydiyyat sisteminin yaradılması üzrə işlər davam etdirilir.
Respublikamızın təbii örtüyünün olduğu kimi, toxunulmaz vəziyyətdə saxlanılması və səhralaşmaya qarşı mübarizənin gücləndirilməsi üçün antropogen təsirlərin azaldılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetirilir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2003”“2009”“cu illərdə Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478 min hektardan (4,5 %) 778464,7 hektara çatdırılmışdır ki, bu da ölkə ərazisinin təqribən 9 %”“ni təşkil edir.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin və Qlobal Ekoloji Fondun texniki yardımı əsasında 2006-cı ildən başlayaraq “Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması” layihəsi həyata keçirilir. Bu isə öz növbəsində Azərbaycan Respublikasında səhralaşma problemlərinin həlli üzrə işlərin canlanmasına təkan vermişdir. Layihə çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış və yay otlaqlarının vəziyyəti öyrənilmiş və konkret olaraq Göy-göl rayonunda 200 hektar qış otlağı bərpa olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu il aprelin 22-də keçirilmiş cari ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasında Abşeron yarımadasında 3 milyon ağacın əkilməsi barədə tapşırıq verilmişdir.
Qeyd olunan tapşırığın Abşeron yarımadasında həyata keçirilməsi ölkə ərazisində ümumi səhralaşma probleminin aradan qaldırılmasında mühüm rol oynayacaqdır.
Səhralaşmaya qarşı mübarizə üzrə ETSN tərəfindən təbliğat işlərinə də böyük diqqət ayrılır. Belə ki, bu istiqamətdə problemi izah edən kütləvi tirajla plakatlar, bukletlər nəşr olunaraq ictimaiyyət arasında, təhsil müəssisələrində paylanmış, televiziya kanallarında nümayiş etdirilmək üçün reklam roliki hazırlanmışdır.

17 İyun 2009

Oxunma sayı : 908