Xəbərlər

Ölkə ərazisində köçəri və oturaq quşların say dinamikası izlənilir

24 Yanvar 2023, 13:15

Köçəri və oturaq quşların sayında olan dinamikanın izlənilməsi məqsədilə ölkə ərazisində quşların sayımı prosesi Abşeron, Şirvan, Ağgöl milli parklarında, Qarayazı Dövlət Təbiət Qoruğunda, Mahmudçala, Sarısu, Yaşma və Ağzıbir ovçuluq təsərrüfatlarında artıq başa çatıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssislərinin iştirakı ilə hazırda sayım prosesi digər ərazilərdə davam edir.