Xəbərlər

Sumqayıt Olimpiya İdman Kompleksinin həyətində ağaclar əkilib

23 Noyabr 2022, 15:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Sumqayıt Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə idman kompleksinin həyətində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Olimpiya İdman Kompleksinin, “Sumqayıt” Futbol Klubunun, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının, AAAF-ın rəsmiləri, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və səkkiz qat Avropa çempionu İlham Zəkiyev, Beynəlxalq Olimpiya oyunlarının bürünc mükafatçıları Şahin İmranov, Fuad Aslanov və digər tanınmış idmançılar, ekokönüllülər iştirak edib.