Xəbərlər

“Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib

04 İyul 2022, 11:25

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə 1 iyul tarixində Türyançay Dövlət Təbiət Qoruğu və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə yanğından mühafizə mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə xüsusi mühafizə olunan təbiət əraziləri, meşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, texnika vasitəsilə meşəətrafı ərazinin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.