Xəbərlər

Bu gün Avropa parkları günüdür

24 May 2022, 11:20

Avropa parklar günü AVROPARK Federasiyası tərəfindən təsis edilmişdir. İlk dəfə 1999-cu ildə keçirilmiş bu gün hər il mayın 24-də bütün Avropada bayram edilir.

1909-cu ilin həmin günü Avropada ilk dəfə İsveçdə 9 milli park yaradılmışdır. O vaxtdan mühafizə olunan təbiət əraziləri Avropanın təbii və mədəni irsinin misilsiz hissəsinə çevrilmişdir.

Bu il Avropa parkları günü “Biz təbiətik – düşün, bərpa et, yenidən qoşul” devizi altında keçirilir. Mühafizə olunan ərazilər təbiəti bərpa etmək və onunla təmasda olmaq üçün xüsusi yerlərdir. Məhz bu yerlərdə özümüzü təbiətin bir hissəsi hiss edə bilirik. Buna görə, bu əraziləri indi və gələcəkdə də qorumalıyıq.