Xəbərlər

“Özün Yarat” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

13 May 2022, 20:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Heydər Əliyev Mərkəzinin parkında “Özun Yarat” müsabiqəsinin açıq havada mükafatlandırma mərasimini keçirib.

250-dək şəxs adətən atılan tullantılarla bağlı öz yaradıcı həlləri ilə müsabiqəyə qoşularaq, ətraf mühitin qorunmasının vacibliyi barədə insanların məlumatlılığının artırılmasına töhfə verib.

İnkişaf və ətraf mühit üzrə ekspertlərdən ibarət münsiflər heyəti bütün əl işlərini qiymətləndirib.
Ən yaxşı 3 əl işi isə 1500, 1000 və 500 AZN məbləğində çek ilə mükafatlandırılıb.

Bundan əlavə, 6 kateqoriya üzrə qaliblərə 200 AZN məbləğində mükafat təqdim olunub. 20 iştirakçıya nailiyyət sertifikatları, eləcə də dəyərli hədiyyə və sertifikatlar verilib.

1-ci yer qalibi – Səda Rəhimxanova
2-ci yer qalibi - Mehman Məhərrəmov
3-cü yer qalibi - Cabbar Heydərov

Taxta kateqoriyasında qalib - Fidan Manafova
Metal kateqoriyasında qalib - Nicat Abdullayev
Digər kateqoriyalarda qalib - Aysu Məhərramli
Plastik kateqoriyada qalib – Nailə Abdullayeva
Materiallar kateqoriyasında qalib - Günel Hüseynli
Kağız kateqoriyasında qalib - Fidan Qurbanlı

Bütün qalibləri və iştirakçıları təbrik edirik!