Xəbərlər

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

14 Yanvar 2022, 15:40

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerin Bakı şəhər sakini Əmiraslan Hüseynov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bərdə rayon sakini Kərim Əmrahov, Qəbələ rayon sakini Məhəmməd Eyyubov, Bakı şəhər sakini Rüstəm Orucov və Füzuli rayon sakini Tural Hüseynov saxlanılıb”.

"Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.