Xəbərlər

Ağac kəsənlərin müəyyən olunması üçün hüquq-mühafizə orqanına müraciət olunub

14 Yanvar 2022, 09:00

Ağcabədi rayonu “Xatirə” parkı adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən parka keçirilən baxış zamanı 6 sərv tinginin kökündən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Polis Şöbəsinə göndərilib”.