Xəbərlər

Noyabrın 24-də oduncağın tədarük olunduğu ərazilər

25 Noyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
 
Ölkə üzrə 24 noyabr 2021-ci il tarixində ümumilikdə 158 m3 həcmində oduncaq tədarük olunub.
 
Belə ki, Şabran rayonu üzrə 15 m3, Lənkəranda 23 m3, Lerikdə 10 m3, Zaqatalada 20 m3, Masallıda 10 m3, Şəkidə 30 m3, Qaxda 11 m3, Bərdədə 4 m3, Daşkəsəndə 35 m3 həcmində oduncaq tədarük olunub.
 
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.