Xəbərlər

“Yaşıl Marafon” kampaniyası davam edir

24 Noyabr 2021, 18:00

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
 
Ölkə üzrə 24 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 18,8 hektar ərazidə 13 291 ədəd müxtəlif cinsli ağac əkilib, 1140 kiloqram toxum səpilib. 
 
Belə ki, Xocasən gölünün sol sahilində 1 ha 1000 ədəd ağac, Beyləqan rayonu üzrə 2 ha ərazidə 6666 ədəd ağac, Tovuz rayonu üzrə 2 ha ərazidə 400 kiloqram toxum, Şabran rayonu üzrə 0,5 ha ərazidə 625 ədəd ağac, Sabirabad rayonu üzrə 3 ha ərazidə 3750 ədəd ağac, Masallı rayonu üzrə 1,3 ha ərazidə 170 kiloqram toxum, Cəlilabad rayonu üzrə 1 ha ərazidə 120 kiloqram toxum, Astara rayonu üzrə 3 ha ərazidə 180 kiloqram toxum, Qəbələ rayonu üzrə 1 ha ərazidə 1250 ədəd ağac əkilib, Xaçmaz rayonu üzrə 4 ha ərazidə 270 kiloqram toxum səpilib.
 
Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.