Xəbərlər

Noyabrın 23-də oduncağın tədarük olunduğu ərazilər

24 Noyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 23 noyabr 2021-ci il tarixində ümumilikdə 291 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Sabirabad rayonu üzrə 10 m3, Masallıda 14 m3, Qaxda 83 m3, Lənkəranda 7 m3, Astarada 20 m3, Zaqatalada 85 m3, Göygöldə 18 m3, Bərdə 4 m3, Daşkəsəndə 35 m3, Şabranda 15 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.