Xəbərlər

“Yaşıl Marafon” kampaniyası davam edir

23 Noyabr 2021, 15:15

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ölkə üzrə 23 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 25.8 hektar ərazidə 26 252 ədəd müxtəlif cinsli ağac əkilib, 870 kiloqram toxum səpilib.

Belə ki, Xocasən gölünün sol sahilində 1 ha 1000 ədəd, Beyləqan rayonu üzrə 3 ha ərazidə 9999 ədəd, Ağstafa rayonu üzrə 1 ha ərazidə 1250 ədəd ağac əkilib, Tovuz rayonu üzrə 1 ha ərazidə 100 kiloqram toxum səpilib, Şabran rayonu üzrə 1 ha ərazidə 1250 ədəd, Hacıqabul rayonu üzrə 2 ha ərazidə 2500 ədəd, Şirvan şəhəri üzrə 2 ha ərazidə 1200 ədəd, Samux rayonu üzrə 2 ha ərazidə 3333 ədəd, Masallı rayonu üzrə 1 ha ərazidə 140 kiloqram toxum, Cəlilabad rayonu üzrə 2 ha ərazidə 280 kiloqram toxum səpilib, Lənkəran rayonu üzrə 2,8 ha ərazidə 3520 ədəd, Qəbələ rayonu üzrə 2 ha ərazidə 2200 ədəd ağac əkilib, Xaçmaz rayonu üzrə 5 ha ərazidə 350 kiloqram toxum səpilib.

Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.