Xəbərlər

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” QSC-nin nümayəndə heyəti Ankarada işgüzar səfərdə olub

27 Oktyabr 2021, 09:40

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” QSC-nin rəsmilərindən ibarət nümayəndə heyəti Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Texnik və Araşdırma qurumunun dəvəti ilə Ankara şəhərində işgüzar səfərdə olub.

Səfər çərçivəsində mədənçiliyin inkişafı, geoloji araşdırmalar və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub və tərəflər arasında Anlaşma Memorandumunun imzalanmasına qərar verilib.