Xəbərlər

Azərbaycanın milli parklarından payız görüntüləri

18 Oktyabr 2021, 12:30

Payız gəlişi ilə milli parklarda rəngarəng mənzərələr yaradıb. Qızıl payızın ən gözəl rəng çalarları təbiətə daha da gözəllik qatıb.

Özünəməxsus rəng tonları ilə fərqlənən, füsunkar və cəlbedici payız fəslinin gözəlliklərini ölkənin bütün bölgələrini əhatə edən milli parklarımızda da görmək mümkündür.

Azərbaycan təbiətinin payızla birgə gələn gözəlliklərindən zövq almaq istəyən hər kəsi milli parklarımıza dəvət edirik.