Xəbərlər

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

14 Oktyabr 2021, 16:03

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qaradağ və Xəzər rayonlarının Xəzər dənizi sahillərində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Elgün Paşayev, Xəzər rayon sakini Elşən Talışov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, Bərdə rayonu ərazisində qanunsuz ova cəhd edən rayon sakini Namiq Musayev saxlanılaraq cərimələnib