Xəbərlər

Oktyabrın 13-də oduncağın tədarük olunduğu ərazilər

14 Oktyabr 2021, 15:55

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 13 oktyabr 2021-ci il tarixində ümumilikdə 408 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 70 m3, Qaxda 86 m3, Şəkidə 18 m3, Qusarda 30 m3, Xaçmazda 11 m3, Şabranda 10 m3, İsmayıllıda 50 m3, Qəbələdə 40 m3, Lənkəran 31 m3, Bərdə 15 m3, Ağdaş 29 m3, Sabirabad 4 m3, Cəlilabad 9 m3, Masallı 5 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.