Xəbərlər

Oktyabrın 12-də oduncağın tədarük olunduğu ərazilər

13 Oktyabr 2021, 15:40

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 12 oktyabr 2021-ci il tarixində ümumilikdə 312 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 15 m3, Qaxda 66 m3, Şəkidə 24 m3, Qusarda 30 m3, Xaçmazda 7 m3, Şabranda 10 m3, İsmayıllıda 40 m3, Qəbələdə 80 m3, Bərdədə 16 m3, Ağdaşda 19 m3, Sabirabadda 5 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.