Xəbərlər

İtə rəhmsiz rəftar göstərən şəxslərin müəyyən edilməsi ilə bağlı araşdırmalara başlanılıb

12 Sentyabr 2021, 15:55

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.
 
Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.
 
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.