Xəbərlər

Ov edən şəxs cəzalandırılıb

10 Sentyabr 2021, 16:25

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.
 
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib.
 
“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.