Xəbərlər

Noyabrın  23-də gözlənilən hava şəraiti

22 Noyabr 2020, 13:00

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə noyabrın 23-də Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir  yağış yağacağı  gözlənilir.  
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 767 mm civə  sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq. 
 
Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar  yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə  duman olacaq.
Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6,  gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə  şaxta olacaq.