Xəbərlər

Oktyabrın 18-də gözlənilən hava şəraiti

17 Oktyabr 2020, 13:01

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.  
Mülayim cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz  21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq. 
Oktyabrın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  gecə və səhər bəzi yerlərdə  duman olacağı  gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9,
gündüz  16-21 dərəcə  isti olacaq.  
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.