Xəbərlər

25 martda gözlənilən hava şəraiti

24 Mart 2020, 13:05

Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə martın 
25 də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. 
Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti,
Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.  
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. 
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. 
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti, 
dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.