Xəbərlər

14 fevralda  gözlənilən hava şəraiti

13 Fevral 2020, 13:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz  5-8, Bakıda  gecə 0-2,  gündüz  5-7 dərəcə isti olacaq.
Atmosfer  təzyiqi  765 mm civə sütunundan 774 mm civə sütünuna yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq.  
Azərbaycanın rayonlarında
Fevralın 14-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu  gecə  1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz  8-13 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə isti  olacaq. 
Tibbi-meteoroloji proqnoz
Fevralın 14-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da  bu da meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.