Xəbərlər

13 fevralda  gözlənilən hava şəraiti

12 Fevral 2020, 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 13-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz  7-11, Bakıda  gecə 0-2,  gündüz  9-11 dərəcə isti olacaq.
Atmosfer  təzyiqi  761 mm civə sütunundan 764 mm civə sütünuna yüksələcək, nisbi rütubət  gecə 65-75, gündüz 50-60 faiz olacaq.  
Azərbaycanın rayonlarında
Fevralın 13-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu  gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz  9-14 dərəcə isti,  dağlarda gecə 7-12, gündüz  0-5 dərəcə şaxta  olacaq. 
Tibbi-meteoroloji proqnoz
Fevralın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.