Xəbərlər

İstirahət günlərində gözlənilən hava proqnozu

08 Noyabr 2019, 16:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 16-21, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.  Havanın maksimal temperaturu 16-21, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.    
Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti təşkil edəcək.