Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavini vətəndaşları qəbul edəcək

08 Noyabr 2019, 14:45

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar  Babayev 28 noyabr  2019-cu il tarixində saat 10:00-da Şəmkir və Tovuz  rayonlarının vətəndaşlarını Şəmkir  şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 1) qəbul edəcək.
28 noyabr  2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Qazax və Ağstafa rayonlarının vətəndaşları ilə Qazax şəhərində yerləşən Gənclər Mərkəzində (ünvan: Qazax şəhəri, Heydər Parkı) görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Tovuz rayonu, Düz Cırdaxan kəndi) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 022-31-73-5-28, 050-330-95-49, 050-645-75-77) xahiş olunur.