Səth sularının çirklənməsinin monitorinqi

Səth sularının çirklənməsinin monitorinqi

Səth sularının çirklənməsinin monitorinqi şəbəkəsi 44 əsas su obyektinə - 30 çay (Kür, Araz, Qanıx, Balakənçayı, Katexçay, Kürmükçay, Əbildərə, Şahnabad, Şahdağ, Talaçay, Əyriçay, Ağstafaçay, Tovuzçay, Qabırrıçayı, Qoşqarçay, Kürəkçay, Şəmkirçay, Gəncəçay, Türyançay, Göyçay, Qarasuçay, Dəmiraparançay, Qudyalçay, Vəlvələçay, Qusarçay, Qaraçay, Təngərüdçayı, İstisuçay, Lənkərançay, Viləşçay), 4 su anbarı (Mingəçevir, Şəmkir, Ceyranbatan, Ağstafa), 9 göl, o cümlədən 7-si Abşeronda (Böyük-şor, Qırmızıgöl, Yasamal, Masazır, Kürdəxanı, Bülbülə, Xocahəsən), 2-si ölkənin müxtəlif rayonlarında (Göy-göl, Candargöl), və 1 liman (Şabran limanı) olmaqla, 68 müşahidə məntəqəsinə (fon və nəzarət kəsikləri) malikdir. Bu məntəqələrdə tam və ixtisara salınmış proqramlar üzrə  su nümunələri götürülərək, suyun aşağıda qeyd olunan kəmiyyət və keyfiyyət göstəriciləri  üzrə təyinatlar aparılır.

 

Suyun kəmiyyət və keyfiyyət göstəriciləri üzrə cədvəl:

 Sıra

Suyun kəmiyyət və keyfiyyət göstəriciləri

Hidroloji göstəricilər 

Fiziki göstəricilər

Kimyəvi göstəricilər

(mq/l)

Biogen maddələr

(mq/l)

Spesifik çirkləndiricilər

Ağır metallar

(mkq/l)

1

suyun sərfi (m3/san)

temperatur (0C)

xlorid

(Cl-)

ammonium ionu

 (NH4+)

Fenollar

(mq/l)

qurğuşun

(Pb)

2

suyun səviyyəsi (m)

bulanıqlıq (NTU)

sulfat

(SO42-)

nitrit ionu 

(NO2-)

səthi aktiv sintetik maddələr-SASM (mq/l)

mis

(Cu)

3

axın sürəti (m/san)

şəffaflıq (sm)

hidrokarbonat (HCO3-)

nitrat ionu (NO3-)

α -HXSH

(mkq/l)

Nikel

 (Ni)

4

 

rəng, qoxu (orqanoleptik metodla)

karbonat (CO32-)

ümumi azotun cəmi (∑mqN/l)

β -HXSH

(mkq/l)

alüminium

(Al)

5

 

hidrogen göstəricisi-pH

Ümumi codluq (mq-ekv/l)

ortofosfatlar (PO43-)

γ -HXSH, (mkq/l)

dəmir

(Fe)

6

 

Suda həllolmuş oksigen-O2 (mq O/l; %)

kalsium  (Ca2+)

 

DDT

(mkq/l)

qalay

(Sn)

7

 

Elektrik keçiriciliyi

(x10-3Sm\sm)

maqnezium (Mg2+)

 

DDE

(mkq/l)

manqan

(Mn)

8

 

 

natrium + kalium (Na+ +K+)

 

p, p-DDD+ opDDT

(mkq/l)

xrom

(Cr)

9

   

ionların cəmi ∑

 

 

sink

(Zn)

10

 

 

oksigenin

kimyəvi sərfi- OKS(mqO/l)

 

 

civə

(Hg) 

11

 

 

oksigenin 5 günlük biokimyəvi sərfi OBS5

(mqO/l)

 

 

kadmium

(Cd)

12

 

 

 

 

 

arsen

(As)

13

 

 

 

 

 

selen

(Se)

14

 

 

 

 

 

∑ ağır metalların cəmi

 Qanunvericilik və metodologiya
Səth sularının çirklənmədən mühafizəsi istiqamətində fəaliyyət «Su Məcəlləsinin təsdiq edilməsi haqqında»,«Hidrometeorologiya fəaliyyəti haqqında»  Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanan «Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) ilə həyata keçirilir.
Ölkəmiz BMT-nin sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyasına qoşulduqdan sonra əsas tranzit çaylarımız olan Kür və Araz çaylarında suyun təmizliyinə nəzarət işlərinin dövlət tərəfindən  beynəlxalq standartlara uyğun qurulması təmin edilib. Belə ki, hər iki çayda BMT-nin AİK-nın ixtisaslı ekspertlər qrupu tərəfindən (ŞAOACQ ölkələrinin milli ekspertlərinin iştirakı ilə) hazırlanmış “Transsərhəd su axınları və beynəlxalq göllərin monitorinqi və qiymətləndirilməsi” üzrə rəhbər prinsiplərə əsaslanaraq operativ monitorinq işləri təşkil edilir. Kür cayının suyunun keyfiyyətinə nəzarət edən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Qazax analitik tədqiqatlar laboratoriyası və Araz çayının suyunun keyfiyyətinə nəzarət edən analoji Horadiz analitik tədqiqatlar laboratoriyası 2005-ci ildən fəaliyyət göstərir.
Analizlər beynəlxalq İSO və QOST standartlarına əsaslanan metodikalar üzrə aparılır. Su obyektlərindən nümunələr götürülərək ilkin analizlər yerinə yetirildikdən sonra əsas kimyəvi analizlərin aparılması üçün Laboratoriyalar Mərkəzinə göndərilir. Mərkəzdə su nümunəsində 50-dən çox göstərici üzrə ildə 17 minə qədər analiz aparılır. Suyun keyfiyyətini qiymətləndirmək məqsədi ilə аnalizlərin nəticələrinə əsasən (6 komponent üzrə) suyun çirklənmə indeksi hesablanır. Suyun təmizlik dərəcəsi 7 ballıq şkala üzrə qiymətləndirilir.

    Hidrokimyəvi monitorinq proqramı

Analiz metodu

1

Suda həll olmuş oksigen

Oksimetr cihazı ilə ölçmə (elektrokimyəvi metodla işləyir) 

2

Oksigenin 5 günlük biokimyəvi sərfi (OBS5)

Şüşə qablar metodu

3

Oksigenin kimyəvi sərfi

Titrimetrik bixromat metodu

4

Nitrit ionu (NO2-)

Qriss-İlosvay reaktivi ilə spektrometrik metod

5

Nitrat ionu (NO3-)

Natrium salisilat vasitəsilə kolorometrik metod

6

Ammonium ionları (NH4+)

Nessler reaktivi ilə spektrometrik  metod

7

Ortofosfat ionu (PO43-)

Mavi rəngli fosfor-molibden kompleksinin spektrometrik metodu

8

Ümumi fosfor

Kalium persulfatla oksidləşmə ilə spektrometrik metod

9

Ümumi codluq

Xromogen qarası ilə titrimetrik  metod

10

Kalsium ionu (Ca2+)

Trilon-B  ilə titrimetrik metod

11

Maqnezium ionu (Mg2+)

Hesablanma metodu

12

Natrium, kalium ionları (Na+, K+)

Atom absorbsiya,  hesablanma metodu

13

Hidrokarbonat ionu (HCO3-)

Titrimetrik metod

14

Sulfat ionu (SO42-)

Qurğuşun nitratla ditizonun iştirakı ilə titrimetrik   metod             

15

Xlorid ionu (Cl-)

Argentometrik metod

16

Sintetik səthi aktiv maddələr

Metilen göyü ilə spektrometrik metod

17

Fenollar

Qırmızı qan duzu ilə spektrometrik metod

18

Xlorüzvi pestisidlər

Qaz  xromotoqrafiya metodu

19

Hidrogen göstəricisi

Potensiometrik

20

Elektrik keçiriciliyi

Konduktometrik

21

Rəng

Orqanoleptik metod

22

Qoxu

Orqanoleptik metod

23

Şəffaflıq

Sneller şrifti vasitəsi ilə təyinat

24

Bulanıqlıq

Turbidimetrik metodu

25

Asılı bərk hissəciklər

Qravimetrik metod

Alınmış monitorinqin nəticələri əsasında transsərhəd çirklənmələr üzrə on gündən bir – “Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi haqqında 10 günlük hidrokimyəvi bülleten”, ümumi su obyektləri üzrə isə aylıq vəziyyət təhlil olunur, su obyektlərində mövcud çirklənmə vəziyyətini əks etdirən bülletenlər-“Yerüstü su obyektləri haqqında hidrokimyəvi bülleten” hazırlanaraq respublikada qərar qəbul edən şəxslərə, dövlət orqanlarına, KİV-ə təqdim olunur və internetdə yerləşdirilir.