Laboratoriya Mərkəzi

Laboratoriya Mərkəzləri

Ətraf Muhit üzrə Milli Monitorinq Departamentinin Laboratoriya Mərkəzi

Laboratoriya Mərkəzi Ətraf Muhit üzrə Milli Monitorinq Departamentinin hazırladığı plan-proqramlar əsasında Azərbaycan Respublikasının ərazisində atmosfer havasının, yağıntıların (yağış və qar), habelə torpağın və səth sularının ekoloji vəziyyəti üzərində müşahidələri həyata keçirən operativ dövlət müəssisəsidir. 
Laboratoriya Mərkəzinin tabeliyində olan Qazax və Beyləqanda yerləşən laboratoriyalar mütəmadi olaraq Kür və Araz çaylarının transsərhəd çirklənməsinə nəzarət edir. 
2009-cu ildə Mərkəz TASİS xətti ilə muasir cihaz və avadanlıqlarla təchiz olunmuş, yeni metodikalar tətbiq edilmiş, təyinatların sayı artırılmış, analizlər daha səmərəli üsullarla əvəz edilmişdir. Analizlər beynəlxalq İSO və QOST standartlarına əsaslanan metodikalar üzrə aparılır.
2012-ci ildə Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının “Böyük Məsafələrdə Havanın Transsərhəd Çirkləndirilməsi Haqqında Konvensiya”nın “Avropada hava çirkləndiricilərinin böyük məsafələrə yayılmasına nəzarət edilməsi və yayılmanın qiymətləndirilməsinin birgə proqramı” – EMEP lahiyəsinin xətti ilə atmosfer havasında transsərhəd çirkləndiricilərin təyini üzrə Xızı atmosfer havasının fon tərkibinin müşahidə məntəqəsi Altıağac Milli parkı ərazisində yaradılmışdır. Bu məntəqədə atmosfer havasında PM 2.5, ozon üzrə nümunələrin götürülməsi və analizi aparılır. 
2013-cü ildə Şahdağ ərazisində Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinə aid olan Meteorologiya stansiyası yaradılmışdır və mütəmadi olaraq Mahmuddərə, Əbildərə, Şahnabad müşahidə məntəqələrindən gətirilmiş su nümunələri Laboratoriya Mərkəzində analiz edilir.
Departamentin nəzdində fəaliyyət göstərən Mərkəz ətraf mühitin hər üç komponenti üzrə çirkləndiricilərin, o cümlədən ağır metalların, xlorüzvi, fosforüzvi pestisid, herbisid və PXB qalıqlarının, digər aromatik karbohidrogenlərin, havada anion və kationların təyini  məqsədi ilə müxtəlif cihaz və avadanlıq ilə təchiz olunub. Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “ZEEnit 650” atom absorbsiya spektrometri, “DİONEX -  1100”  ion xromatoqrafi,  Agilent GC 7890A qaz xromatoqrafı, Trace 1310 qaz xromatoqrafı, Berghoff SpeedrvaveTM  MWS – 3+  mikrodalğalı soba  və s. misal göstərmək olar.
Həmçinin, Mərkəzin laboratoriyaları səth sularının fiziki-kimyəvi göstəricilərini çöl şəraitində təyin etmək üçün Almaniya istehsalı olan “Hİ-9033” konduktometri, ”Multi-340 İ/SET analizatoru, bulanıqlığı təyin etmək üçün “Turbidimetr Hİ-93703” portativ cihazları ilə təchiz edilib. Stasionar şəraitdə  ”KERN” elektron laboratoriya tərəzisi, atmosfer havasının, yağıntı, torpaq  və təbii suların tərkibini təyin etmək üçün ”Perkin Elmer” firmasının istehsalı olan “Lambda 35” UB və “Spekоrd 205” spektrometrləri, bərk nümunələrin ilkin emalı prossesində istifadə olunan “Berghoff” mikrоdalğalı soba və digər avadanlıq Mərkəzin cihaz parkına daxildir. 
Atmosfer havasının çirklənməsi: 2019-cu ilin noyabr ayınadək dövlət investisiyası hesabına Bakı (3 məntəqə), Sumqayıt (1 məntəqə) və Gəncə (1 məntəqə) şəhərləri üçün atmosfer havasının monitorinqi üzrə 5 ədəd avtomatlaşdırılmış məntəqənin və 1 ədəd səyyar laboratoriyanın alınması və quraşdırılması nəzərdə tutulmuşdur.
Atmosfer yağıntıları-Respublika üzrə 26 məntəqədən - Bakı, Sumqayıt, Pirallahı, Gəncə, Mingəçevir, Ağstafa, Daşkəsən, Zərdab, Mərəzə (Qobustan), Qırız, Quba, Damarçın, Qəbələ, Şəki, Neftcala, Biləsuvar, Lənkəran, Xacmaz, Zaqatala, Kəlvəz, Şahdağ, Xızı, Naxçıvan, Ordubad, Şahbuz və Sabirabaddan yağıntı nümunəsi, 6 məntəqədən -Qırız, Daşkəsən, Damarçın, Şahbuz, Kəlvəz və Şahdağdan dayanıqlı qar nümunəsi göndərilir və üzərində 11 çirkləndirici üzrə analiz aparılır.
Təbii sular-Respublika üzrə 27 çay -Kür, Araz, Qurmuxçay, Talaçay, Ağstafaçay, Tovuzçay, Qoşqarçay, Türyancay, Göyçay, Qudyalcay, Kürəkçay, Şəmkirçay, Gəncəçay, Balakənçay, Katexçay, Əyriçay, Qaraçay, Qarasuçay, Dəmiraparançay, İstisuçay, Təngərud, Lənkərançay, Viləşçay, Vəlvələçay, Qusarçay, Qabırrı, Qanıx; 2 göl – Göygöl, Candargöl, 4 su anbarı- Mingəçevir, Ceyranbatan, Ağstafa, Şəmkir, 1 liman-Şabran limanının, Abşeron yarımadasında yerləşən 7 göl -Yasamal, Qırmızıgöl, Böyük Şor, Bül-Bülə, Masazır, Kürdəхanı, Xocahəsəndən su nümunələri götürülərək fiziki kimyəvi analizi həyata kecirilir.
Təbii muhitin radioaktivliyi - Bakı və Abşeron yarımadası üzrə radiometrik müşahidələri və Respublika üzrə (Bakı, Sumqayıt, Neft Daşları, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Ağstafa, Beyləqan) radionuklidlərin ( Cs137, K40, Sr 90) analizi aparılır.
Torpaqların monitorinqi-Respublika üzrə 24 məntəqə: Ağstafa, Quba, Qırız, Xacmaz, Qobustan, Gəncə, Daşkəsən, Lənkəran, Biləsuvar, Кəlvəz, Sabirabad, Neftcala, Bakı, Sumqayıt, Pirallahı, Şəki, Qəbələ, Damarçın, Zaqatala, Mingəçevir, Zərdab, Naxçıvan, Ordubad və Şahbuz rayonlarından hər ay, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən sənaye müəssisələrindən və onların ətraf ərazilərindən isə ildə 1 dəfə torpaq nümunələri götürülür və analiz olunur.
Laboratoriya Mərkəzində torpaq, o cümlədən su nümunələrində ağır metallar (Pb, Ni, Cr, Cu, Cd, Mn, Fe, Al, Zn, As, Sn, Hg, Se), pestisidlər, havada anionlar və kationların təyini üzrə analizlər həyata kecirilir.
Laboratoriya mərkəzində alınmış nəticələr təhlil edilməsi və aidiyyəti üzrə göndərilməsi üçün mütəmadi olaraq  Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə təqdim edilir.