Atmosfer yağıntıları üzrə monitorinq

Atmosfer yağıntıları üzrə monitorinq

Atmosfer yağıntılarının tərkibində (yağış, qar) atmosfer havası ilə uzaq məsafələrə transsərhəd daşınan çirkləndiricilərin tərkibinin öyrənilməsi, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yağıntıların keyfiyyət göstəricilərinə nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində beş məntəqədə qarın kimyəvi tərkibi, 26 məntəqədə isə atmosfer yağıntılarının kimyəvi tərkibi üzərində müntəzəm monitorinq aparılır.
Atmosfer yağıntılarının tərkibində aşağıdakı keyfiyyət və çirkləndirici göstəricilər üzərində təyinatlar aparılır:
  • elektrik keçiriciliyi
  • hidrogen göstəricisi - pH
  • codluq
  • sulfat ionu (SO4-2)
  • nitrat ionu (NO3-)
  • ammonium ionu NH4+
  • xlorid ionu (Cl-)
  • fosfatlar (PO43-)
  • hidrokarbonat ionu (HCO3)-
  • kalsium ionu (Ca2+)
  • maqnezium ionu (Mg2+)

Atmosfer yağıntılarının çirklənmə vəziyyəti

Atmosfer yağıntılarının tərkibində 11 kimyəvi göstərici-sulfatlar (SO42-), nitratlar (NO3-), ammonium ionu (NH4+), xlorid ionu (Cl-), fosfatlar (PO43-), hidrokarbonatlar (HCO3), kalsium ionu (Ca2+), maqnezium ionu (Mg2+), elektrik keçiriciliyi, codluq və hidrogen göstəricisi (pH) təyin edilir.
Atmosfer yağıntılarının tərkibində olan qarışıqların qatılığının ümumi orta illik miqdarı üzrə müşahidə məntəqələri 2 qrupa ayrılır:

İonların miqdarı

İonların miqdarı

∑ ≤ 100 mq/l olan

∑ 100 mq/l - 200 mq / l

müşahidə məntəqələri

olan müşahidə məntəqələri

Məntəqənin adı

İonların miqdarı,

Məntəqənin adı

İonların miqdarı,

mq/l

mq/l

Xızı

42,7

Quba

100,8

Lənkəran

54,7

Pirallahı

102,9

Zərdab

56,9

Bakı

157

Şəki

61,7

Sumqayıt

142,5

Daşkəsən

61,9

 

 

Damarçın

63,2

 

 

Biləsuvar

67,5

 

 

Qobustan

69,1

 

 

Gəncə

69,5

 

 

Ağstafa

71,6

 

 

Qırız

72,8

 

 

Mingəcevir

76,3

 

 

Qəbələ

79,1

 

 

Xaçmaz

81,8

 

 

Kəlvəz

84,4

 

 

Neftçala

91

 

 

Sabirabad

95,2

 

 

Şahdağ

96,4

 

 

Zaqatala

97,7

 

 

 
Respublika üzrə il ərzində orta hesabla atmosfer yağıntılarının kimyəvi tərkibinin  22,1 %-ni xlorid, 45,4 %-ni hidrokarbonat, 9,2 %-ni sulfat, 13,8 %-ni kalsium,  4,3 %-ni maqnezium,  3,9 %-ni nitrat, 1,0 %-ni ammonium və 0,2 %-ni fosfat ionları təşkil etmişdir.

Qanunvericilik və metodologiya

Atmosfer havasının çirklənməsinin monitorinqi , «Hidrometrologiya fəaliyyəti haqqında » , «Atmosfer havasının mühafizəsi haqqında» , Azərbaycan Respublikasının qanunları, bu qanunların icrası ilə əlaqədar hazırlanmış, «Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması haqqında qaydaları haqqında» əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) ilə həyata keçirilir. Bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.