Atmosfer havasının çirklənmə vəziyyəti

Atmosfer havasının çirklənmə vəziyyəti
İri sənaye şəhərlərinin çirklənmə vəziyyəti.Müntəzəm müşahidə nəticələrinin təhlili əsasında atmosfer havasının gündəlik  vəziyyəti təhlil olunur, atmosfer havasının faktiki vəziyyəti qiymətləndirilir və növbəti gün üçün gözlənilən çirklənmə vəziyyətinin proqnozu müvafiq metodikaya uyğun tərtib edilir, xüsusi bülletenlər hazırlanaraq respublikanın qərar qəbul edən şəxslərinə, dövlət və icra orqanlarına, KİV-ə təqdim olunur və internetdə yerləşdirilir.
Monitorinqin nəticələri göstərir ki, respublikanın iri sənaye şəhərlərində atmosfer havası bu şəhərlərdə fəaliyyət göstərən sənaye sahələrindən asılı olaraq, müxtəlif dərəcədə çirklənməyə məruz qalır. Bakı şəhəri üçün spesifik olan havanın çirkləndiricilərindən toz, dəm qazı, azot 4-oksid, his və furfurolun miqdarı ayrı-ayrı günlərdə yol verilən qatılıq həddini ötür. Sumqayıt şəhəri üzrə xlor, azot 4-oksid, hidrogen flüorid və digər spesifik çirkləndiricilərin miqdarı normadan artıq müşahidə edilib. Gəncə şəhərində zərərli maddələrdən yalnız hidrogen flüoridin miqdarı normanı ötür. Naxçıvan, Şəki, Mingəçevir və Lənkəran şəhərlərinin atmosfer havasının çirklənməyə məruz qalmadığı müşahidə edilib.

Respublika üzrə atmosfer havasına atılan tullantıların miqdarı min tonla (2000-2018-cı illər)

2018-cı ildə atmosfer havasına atılan tullantıların miqdarı mənbələr üzrə