Atmosfer havası üzrə monitorinq

Atmosfer havası üzrə monitorinq

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosfer havasının keyfiyyətinə nəzərət məqsədilə mütəmadi olaraq monitorinq işləri aparılır.
Heydər Əliyev pr.10 ünvanında atmosfer havasının keyyfiyətinin monitorinqi üzrə onlayn rejimdə çalışan avtomatik stansiya quraşdırılmışdır. Hazırda bu stansiyadan hər gün atmosfer havasında PM10 dispers tozu, NO2, SO2, benzol, toluol, kselol kimi qaz birləşmələri və ozonun səviyyəsi üzrə monitorinq nəticələri alınır.
Finlandiyanın Vaisala şirkətinin hava keyfiyyət ötürücüsü «AQT420» cihazı, cari ilin may ayında ETSN-in əsas inzibati binasında  quraşdırılmışdır. Cihazdan qaz halında olan çirkləndiricilər -azot dioksid, kükürd dioksid, dəm qazı, ozonun səviyyəsi və dispers hissəcikləri (PM2.5 və PM10) barədə məlumat əldə etmək üçün istifadə edilir.

 

Spesifik çirkləndiricilər üzrə cədvəl:

Bakı şəhəri (opsis avtomatik məntəqəsindən)

Bakı şəhəri (vaisala hava keyfiyyəti ötürücüsündən)

1

Toz (PM10)

Toz (PM10 və PM2.5 )

2

kükürd qazı 

(SO2)

kükürd qazı 

(SO2)

3

azot dioksid 

(NO2)

azot dioksid 

(NO2)

4

benzol

Dəm qazı (CO)

5

toluol

 

6

kselol

 

7

ozon

ozon

 

 

Bakı şəhəri üzrə opsis avtomatik məntəqəsi üzrə əldə olunan nəticələr

Bakı şəhəri üçün spesifik sayılan çirkləndiricilərin illik nəticələrinin təhlili aşağıdakı kimi olmuşdur:
Azot 4-oksid (NO2) göstəricisi üzrə il ərzində əldə edilmiş onlayn məlumatlar “Avropa üçün atmosfer havanın keyfiyyəti və təmiz hava” (2008/50 /Aİ) tələblərinə əsasən illik yol verilən qatılıq həddini 1.4 dəfə, İl ərzində isə bəzi günlərdə saatlıq yol verilən qatılıq həddini 3 dəfə keçmişdir.
Kükürd qazı (SO2) göstəricisi üzrə əldə edilmiş məlumatlar “Avropa üçün atmosfer havasının keyfiyyəti və təmiz hava” (2008/50 /Aİ) tələblərinə əsasən illik və saatlıq yol verilən qatılıq həddini  keçməmişdir.
PM10 dirspers tozu üzrə əldə edilmiş məlumatlar “Avropa üçün atmosfer havanın keyfiyyəti və təmiz hava” (2008/50 /Aİ) tələblərinə əsasən illik yol verilən qatılıq həddini  1.1 dəfə, il ərzində isə bəzi günlərdə orta sutkalıq yol verilən qatılıq həddini (50 mkq/m3) 101 dəfə keçmişdir. Buna səbəb həmin günlərdə ölkəmizə atmosfer axınları ilə toz- dumanın daxil olmasıdır.