Dövlət Ekspertiza İdarəsi

Fəaliyyət istiqamətləri

Dövlət Ekspertiza İdarəsinin fəaliyyət istiqamətləri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsiaşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:
  • Təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəlilik səviyyəsini müəyyən edir.
  • Dövlət ekoloji ekspertizasının obyektləri üzrə təqdim edilmiş sənədlərin ekspertizasını aparır;
  • Ölkə və iqtisadiyyat sahələri üzrə dövlət və yerli proqramların layihələrinin ekoloji  ekspertizasını həyata keçirir;
  • Müəssisələrin ekoloji pasportunu razılaşdırır;
  • Atıla bilən tullantı həddi (ABTH) və buraxıla bilən axıntı həddi (BBAH) layihələrini təsdiq edir;
  • Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə icazələr verir;
  • Sudan  xüsusi istifadəyə  icazələr  verir; 
  • Dağ-mədən işlərinin inkişafı layihələrini razılaşdırır;
  • Ətraf mühitin mühafizəsi haqqında təlimat – metodik, normativ-texniki  sənədləri razılaşdırır;
  • İstismara qəbulu zamanı sənaye və istehsalat müəssisələrinin ekoloji təhlükəsizlikləri haqqında Arayış verir;
  • Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəy verir;
  • Yer təkinin öyrənilməsi layihələri üzrə işlərin geoloji ekspertizasını aparır;
  • Ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların istifadəyə və icarəyə verilməsinə dair rəy verir;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş mal və materialların idxalına və ixracına dair rəy verir;
  • Qanunvericiliklə tənzimlənən ozondağıdıcı maddərin və tərkibində belə maddələr olan məhsulların idxalına və  ixracına icazələr verir;
  • Yaşıllıqların götürülməsinə dair rəy verir.