"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2868 saylı Sərəncamı ilə təsis edilmişdir.             

Cəmiyyətin xidməti ərazisi: 4308 ha

Becərilən ağacların sayı: 5529448 ədəd

Yaşıllıqlar magistral avtomobil yolları boyu 6 istiqamətdə arid, şoranlaşmış, bataqlaşmış, neft və tikinti tullantıları ilə çirklənmiş, istifadəsiz qalmış ərazilərdə salınmışdır:       

 

Sıra

 

 

Yaşıllıqların salındığınin salındığı ərazilər (idarələr, magistral avtomobil yollarının ətrafı)

 

Uzunluğu,

 

km

 

Sahəsi,

 

ha

1.

  Zığ-H.Əliyev Hava Limanı m.a.yolu (2 saylı Y.İ.)

20

1203

2.

 Ələt –Astara m.a.yolu (4 saylı Y.İ)

27

700

3.

Bakı –Şamaxı m.a.yolu (5 və 12 saylı Y.İ.)

27

630

4.

Bakı-Quba  m.a.yolu (6 və 11saylı Y.İ.)

58

519

5.

7 saylı (Bayıl yamacı)

10

138

6.

Bakı-Qazax m. a. yolu  (8 və 1 saylı Y.İ.)

39

1118

 

Cəmi

181

4308

Son inventarlaşmaya əsasən bitiş faizi: 97%

Yaşıllıqların suvarılması 11 min km-dən çox uzunluğu olan müasir damcılı suvarma sistemləri vasitəsi ilə həyata keçirilir.

Yaşıllaşdırma İdarələri

“Azəryaşlandşaft” ASC-nin xidməti ərazilərində salınmış yaşıllıqların becərilməsi və qorunub mühafizə olunması bu məqsədlə yaradılmış Yaşıllaşdırma İdarələri tərəfindən həyata keçirilir:
1 saylı Yaşıllaşdırma İdarəsi - Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq-Hacıqabul hissəsi ətrafının yaşıllaşdırılması məqsədi ilə 2008-ci ildə yaradılmışdır. İdarənin inzibati binası Hacıqabul rayonunun Nəvahi qəsəbəsində, Bakı-Qazax magistral avtomobil yolunun 98-ci km–də sol tərəfdə yerləşir
2 saylı Yaşıllaşdırma İdarəsi – Zığ-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması məqsədi ilə 2008-ci ildə yaradılmışdır. İdarənin inzibati binası Hövsan qəsəbəsinin ərazisində, Zığ-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolunun 21 km-də sağ tərəfdə yerləşir
4 saylı Yaşıllaşdırma İdarəsi –Ələt-Astara magistral avtomobil yolunun ətrafının Ələt-Salyan hissəsinin yaşıllaşdırılması məqsədi ilə 2010-cu ildə yaradılmışdır. İdarənin inzibati binası Salyan ərazisində, Ələt-Astara magistral avtomobil yolunun 11-ci km-də sağ tərəfdə yerləşir.
5 saylı Yaşıllaşdırma İdarəsi- Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması məqsədi ilə 2010- cu ildə yaradılmışdır İdarənin inzibati binası Bakı-Şamaxı magistral avtomobil yolunun 27-ci km-də sol tərəfdə yerləşir..
6 saylı Yaşıllaşdırma İdarəsi - Bakı-Quba magistral avtomobil yolunun ətrafının H.Z.Tağıyev-Zarat hissəsinin yaşıllaşdırılması məqsədi ilə 2009-cu ildə yaradılmışdır. İdarə binası Bakı-Quba yolunun 65-ci km-liyində, Xızı rayonunun Stalçay qəsəbəsinin inzibati ərazisində yerləşir.
7 saylı Yaşıllaşdırma İdarəsi - Bayıl Yamacının yaşıllaşdırılması məqsədi ilə 2010-cu ildə yaradılmışdır. İdarənin inzibati binası Bayıl yamacında, teleqüllənin yaxınlığında yerləşir.
8 saylı Yaşıllaşdırma İdarəsi - Bakı-Qazax magistral avtomobil yolunun ətrafının Ələt-Atbulaq hissəsinin yaşıllaşdırılması məqsədi ilə 2010-cu ildə yaradılmışdır.İdarənin inzibati binası Bakı-Qazax magistral avtomobil yolunun 77-ci km-də sağ tərəfdə yerləşir.
11 saylı Yaşıllaşdırma İdarəsi - Bakı-Quba magistral avtomobil yolunun ətrafının Zarat-Şabran hissəsinin yaşıllaşdırılması məqsədi ilə 2012-ci ildə yaradılmışdır.
İdarənin inzibati binası yoxdur. Ona görə də, Siyəzən şəhərində (RİH-nin binasının arxasında) icarəyə götürülmüş binada  müvəqqəti yerləşir.
12 saylı Yaşıllaşdırma İdarəsi- Bakı-Şamaxı magistral avtomobil yolunun Cəngi hissəsinin ətrafının yaşıllaşdırılması məqsədi ilə Meşələrin İnkişafı Departamentinin Cəngi Meşəsalma müəssisəsinin bazasında 2013-cü ildə yaradılmışdır. İdarə yolun 59-cu km-də sol tərəfdə müvəqqəti tikilidə yerləşir.
“Bağlı Qrunt Şəraitində Örtülü Kök Sistemli” tinglik İdarəsi - Yerli şəraitə uyğunlaşdırılmış və yüksək keyfiyyətli kökü bağlı əkin materallarının yetişdirilməsi məqsədi ilə  2013-cü ildə yaradılmışdır. Idarə Ələt-Astara magistral avtomobil yolunun 12-ci km-liyində sol tərəfdə yerləşir və müasir tipli istixana, cücərtmə sexi və 4 ədəd böyütmə şöbəsindən ibarətdir.
Tingçilik idarəsi 2016 cı ilin aprel ayından 2saylı Yaşıllaşdırma İdarəsinin müvəqqəti tinglik sahəsinin bazasında fəaliyyətə başlamışdır. İdarənin inzibati binası Hövsan qəsəbəsinin ərazisində, Zığ-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolunun 20 km-də sağ tərəfdə yerləşir.
Suvarma Sistemlərin Təmiri və İstismarı İdarəsi- Suvarma Sistemlərinin Quraşdırılması və İstismarı İdarəsi Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin 07.07.2009-cü il tarixli 333/ü nömrəli əmri ilə “Azəryaşlandşaft” ASC-nin tabeliyinə verilmişdir.
İdarə qeyri-meşə fondu torpaqlarında, o cümlədən maqistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda salınmış yaşıllıqların suvarılmasını təmin etməkdən ötəri suvarma sistemlərinin çəkilməsini və təmirini həyata keçirmək məqsədi ilə yaradılmışdır.
İdarənin inzibati binası Suraxanı rayonu, Bülbülə şəhər tipli qəsəbəsi, S. Əliyev küçəsi, yaşayış massivi A ünvanında  yerləşir.
“Xəzər Dəniz suyunun Duzsuzlaşdırılması” İdarəsi - 2013-cü ildə Salyan və Qaradağ rayonlarının arid ərazilərində, magistral avtomobil yollarının kənarlarında yaşıllaşdırma tədbirlərinin aparılması və bununla əlaqədar suvarma sistemlərinin qurulması, həmçinin əkin materiallarının yetişdirilməsi  məqsədilə inşa edilmişdir.
İdarənin inzibati binası Ələt-Astara magistral avtomobil yolunun 20 km-də sağ tərəfdə, Salyan rayonunun Xıdırlı kəndi ərazisində yerləşir.